Uşağı hazırlığa gedən valideynlərə PİS XƏBƏR: Yeni şərt nələri DƏYİŞƏCƏK?
23 May 2026, 14:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
625
05.11.2025, 13:00
Hesablama Palatasının "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də keçirdiyi auditin nəticələrini açıqlaması ictimai diqqəti qurumun rəhbəri Rövşən Məmmədovun üzərinə yönləndirib. Auditin nəticələrinin AzTV sədri üçün "əcəl zəngi" ola biləcəyini düşünənlər az deyil.
Hazırda mətbuatı ən çox bu sual düşündürür: Rövşən Məmmədov niyə "vurulur"?
Qeyd edək ki, Hesablama Palatasının dövlət televiziyasında audit keçirməsi müxtəlif səbəblərlə əlaqələndirilir. AzTV-nin fəaliyyəti ictimai əhəmiyyət kəsb etdiyi üçün bütün mülahizələr maraqla qarşılanır.
Metbuat.az AzTV sədrinin "vurulmasının" əsl səbəbini öyrənə bilib. Məlum olub ki, Rövşən Məmmədov əməkdaşlar arasında ayrıseçkilik etdiyi, eyni işi görən müxbirin birinə 500, digərinə 3000 manat qonorar yazdığı üçün onun fəaliyyətindən narazılıq pik həddə çatıb. "AZTV-də ayda 6-7 min manat qonorar alan müxbirlər var. Bu cür yüksək qazanc əldə etmək üçün mütləq Rövşən müəllimin müəyyənləşdirdiyi "sevimlilər" kateqoriyasına daxil olmalısan", - deyə məlumatlı şəxs bildirib.
Mənbə deyib ki, Rövşən Məmmədovun AzTV üçün vertolyot almaq istəməsi onun "qara siyahı"ya düşməsi ilə nəticələnib. Hakimiyyətin yuxarı eşelonunda AzTV sədrinin bu niyyətindən xəbər tutanda onu sərt tənqid ediblər. Sədr vertolyotu çəkiliş prosesini daha rahat təşkil etmək üçün almaq istədiyini desə də, bu arqument ciddi qəbul olunmayıb və onun bu hərəkəti "özbaşınalığın son həddi" kimi qiymətləndirilib.
Məlumatda o da qeyd olunur ki, çəkilişləri ekstremal situasiyalarda belə cəmi 2 min manat qiyməti olan dron vasitəsilə tam təhlükəsiz şəraitdə həyata keçirmək mümkündür. Hazırda AzTV-də bu texnikadan istifadə olunur.
14:55 / 23 May 2026
304
14:53 / 23 May 2026
107
14:51 / 23 May 2026
122
11:44 / 23 May 2026
87
11:41 / 23 May 2026
108
11:40 / 23 May 2026
86
10:08 / 23 May 2026
159
01:03 / 23 May 2026
268
00:16 / 23 May 2026
560
00:09 / 23 May 2026
512
00:06 / 23 May 2026
262
00:04 / 23 May 2026
206
00:00 / 23 May 2026
482
23:49 / 22 May 2026
179
23:45 / 22 May 2026
651
23:43 / 22 May 2026
453
23:38 / 22 May 2026
320
23:30 / 22 May 2026
273
23:30 / 22 May 2026
163
23:19 / 22 May 2026
183
23:18 / 22 May 2026
205
23:14 / 22 May 2026
227
23:02 / 22 May 2026
1077
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.