Bu ödənişləri ödəməkdən yayınan şəxslər HƏBS EDİLDİ
23 May 2026, 18:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3088
05.11.2025, 09:55
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov özünə daha bir müşavir təyin edib.
Oxu24.com AMB-yə istinadən xəbər verir ki, bu, Namiq Nağdəliyevdir.
O, 1982-ci ildə Bakıda anadan olub, 2002-ci ildə Azərbaycan Kooperasiya Universitetinin "Mühasibat uçotu və audit" ixtisası üzrə bakalavr pilləsindən, 2004-cü ildə isə eyni ixtisas üzrə magistr dərəcəsindən məzun olub, 2012-ci ildə "İnflyasiyanın hədəflənməsi rejiminin nəzəri əsasları və tətbiq edilməsi perspektivləri" mövzusunda dissertasiya işini müdafiə edərək Prezident yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib, 2011-ci ildə ABŞ-nin Kolumbiya Universitetində "İqtisadi gözləntilərin formalaşdırılması və idarəedilməsi" mövzusunda doktorantura tədqiqat işi üzərində çalışıb, 2013-2014-cü illərdə ABŞ-nin Cons Hopkins Universitetində "Keçid iqtisadiyyatı ölkələrində iqtisadi idarəetmə və institusional islahat" mövzusunda postdoktorantura proqramını tamamlayıb, 2020-ci ildə Harvard Universitetinin Con Kennedi Dövlət Məktəbində rəhbərlər üçün təşkil olunmuş "İqtisadi Siyasətinin həyata keçirilməsi" üzrə 8 aylıq xüsusi təhsil proqramını bitirib.
N.Nağdəliyev 2001-ci ildə "Atlantbank"da xəzinədar vəzifəsi ilə peşəkar karyerasına başlayıb, 2005-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda elmi işçi, 2007-2008-ci illərdə "Kapital Bank" ASC-də Sənədli əməliyyatlar departamentində aparıcı mütəxəssis vəzifələrində çalışıb, 2008-ci ildə AMB-də peşəkar karyerasına Pul siyasəti departamentində kiçik iqtisadçı vəzifəsində başlayıb, daha sonra həmin departamentdə iqtisadçı, aparıcı iqtisadçı, böyük iqtisadçı, Pul və məzənnə siyasəti şöbəsinin rəisi vəzifələrinə yüksəlib. 2018-2020-ci illərdə Dünya Bankının icraçı direktorunun müşaviri, 2021-2022-ci illərdə AMB-də sədrin ofisinin rəhbəri, 2022-ci ilin avqust-sentyabr aylarında isə sədrin müşaviri vəzifələrində fəaliyyətini davam etdirib, 2022-2025-ci illərdə Dünya Bankının icraçı direktorunun müşaviri vəzifəsində çalışıb.
Yeni təyinatla AMB sədrinin müşavirlərinin sayı 6-ya çatıb.
18:09 / 23 May 2026
20
18:00 / 23 May 2026
7
17:46 / 23 May 2026
62
17:43 / 23 May 2026
147
14:55 / 23 May 2026
500
14:53 / 23 May 2026
220
14:51 / 23 May 2026
208
11:44 / 23 May 2026
107
11:41 / 23 May 2026
128
11:40 / 23 May 2026
100
10:08 / 23 May 2026
177
01:03 / 23 May 2026
277
00:16 / 23 May 2026
583
00:09 / 23 May 2026
541
00:06 / 23 May 2026
278
00:04 / 23 May 2026
218
00:00 / 23 May 2026
507
23:49 / 22 May 2026
189
23:45 / 22 May 2026
688
23:43 / 22 May 2026
475
23:38 / 22 May 2026
332
23:30 / 22 May 2026
284
23:30 / 22 May 2026
177
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.