Mayın sonu neçə gün evdəyik? -İş olmayacaq günlər AÇIQLANDI
23 May 2026, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
593
04.11.2025, 15:43
Dözülməz şəraitdə 28 il – Ağdamdan köçkün düşən ailə, qəzalı tibb məntəqəsindən yurda dönüşü səbirsizliklə gözləyir.
Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz Qarabağda tarix yazdıqdan sonra azad olunan torpaqlara köş prosesi davam edir.
Azad olunan ərazilərdə Dövlət rərəfindən tikilən müasir tipli mənzillər vətəndaşlara verilir.Bu iş böyük sürətlə davam etdirilir.
Erməni işğalı nəticəsində bir çox azərbaycanlı ailələr öz doğma yurdlarından didərgin düşüb. Bu gün onların ürəyi rahatlıq tapsa da,geridə qoyduqları 30 ildən artıq bir zaman var...
Oxu24.com xəbər verir ki, belə ailələrdən biri də Ağdamdan erməni işğalı vaxtı məcburi köçkün düşmüş Dünyamin Abışovun ailəsidir.
Hazırda ailə Ağcabədi rayonunun Hacıbədəlli kəndində yerləşən qəzalı vəziyyətdə olan tibb məntəqəsində məskunlaşıb.
Məlumat üçün qeyd edək ki, həmin tibb məntəqəsində ümumilikdə beş ailə yaşayır, onlardan ikisi Ağdamdan olan keçmiş məcburi köçkünlərdir.
Dünyamin Abışovun ailəsində iki azyaşlı uşaq böyüyür. O bildirir ki, yaşadıqları şərait çox ağırdır:
“Yağan yağış birbaşa otağımıza axır, uşaqların yatdığı yer islanır. Betonun üzərində yaşamaq çox çətindir. Qışda isinmək, yayda isə istidən qorunmaq mümkün deyil. Xəstəxana şəraitində, xəstələrlə eyni binanı paylaşmaq sağlamlıq baxımından da, gigiyena baxımından da çox çətindir. Uşaqlar bu səbəbdən tez-tez xəstələnirlər.”
Abışov qeyd edib ki, artıq 28 ildir bu binada yaşayır:
“Ata-anam da bu tibb məntəqəsində çox əziyyət çəkiblər, onlar dünyasını dəyişiblər. Buradakı antisanitar şərait illərlə sağlamlığımıza mənfi təsir göstərib. Uşaqlarımın ikisi də rütubət və betonun verdiyi soyuqluq səbəbindən yüksək dərəcəli revmatizmdən əziyyət çəkir. Neft Akademiyasını bitirmişəm, mühəndisəm. Amma iş tapa bilmirəm deyə, başqa yerə köçmək imkanımız yoxdur.”
Sakinin sözlərinə görə, vəziyyətlə bağlı ölkə başçısına, Birinci vitse-prezidentə, eləcə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə və digər aidiyyəti qurumlara müraciətlər ünvanlanıb:
“Hər dəfə eyni cavabı alırıq – qayıdış zamanı çətin şəraitdə yaşayan ailələr ilk mərhələdə doğma yurda dönəcəklər". İndi Ağdama köçürülmə başlayır və biz də həmin mərhələdə yer almaq istəyirik. Aidiyyəti qurumlardan xahiş edirik ki, bu məsələyə biganə qalmayıb, gəlib vəziyyətimizi yerində yoxlasınlar.”
Dünyamin Abışov onu da əlavə edib ki, Prezidentin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynovun açıqlamasına əsasən, bu aydan etibarən Ağdama çətin şəraitdə yaşayan ailələrin köçürülməsi planlaşdırılır:
“Ümid edirik ki, bizim ailə də həmin mərhələyə daxil ediləcək".
Qeyd edək ki, dövlət başçısının göstərişinə əsasən, Qarabağa köçürülmənin ilk mərhələsində məhz çətin və ağır şəraitdə yaşayan ailələrə üstünlük verilir.
Dünyamin Abışovun ailəsi də bu kateqoriyaya daxildir və doğma Ağdama qayıdacağı günü səbirsizliklə gözləyir.
Pərvin Abışova
19:52 / 23 May 2026
91
19:44 / 23 May 2026
213
19:32 / 23 May 2026
101
19:30 / 23 May 2026
68
19:26 / 23 May 2026
61
19:19 / 23 May 2026
59
19:02 / 23 May 2026
69
18:39 / 23 May 2026
71
18:35 / 23 May 2026
393
18:33 / 23 May 2026
82
18:27 / 23 May 2026
74
18:23 / 23 May 2026
65
18:09 / 23 May 2026
87
18:00 / 23 May 2026
79
17:46 / 23 May 2026
83
17:43 / 23 May 2026
291
14:55 / 23 May 2026
791
14:53 / 23 May 2026
236
14:51 / 23 May 2026
253
11:44 / 23 May 2026
116
11:41 / 23 May 2026
137
11:40 / 23 May 2026
107
10:08 / 23 May 2026
193
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.