Mayın sonu neçə gün evdəyik? -İş olmayacaq günlər AÇIQLANDI
23 May 2026, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
630
04.11.2025, 15:34
Bakıda keçiriləcək Zəfər paradı ilə əlaqədar 5, 6 və 8 noyabr tarixlərində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyət səbəbindən 2 müntəzəm marşrutun fəaliyyəti müvəqqəti olaraq dayandırılır, 23 marşrutun hərəkət sxemi dəyişdirilir.
Bu barədə Oxu24.com-a Azərbaycan Yerüstü Nəqliyyat Agenliyindən (AYNA) məlumat verilib.
Dəyişikliyə əsasən:
1, 2, 46 və H1 nömrəli marşrutlar “28 May” NMM - Puşkin küçəsi – Nizami küçəsi – Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;
4 nömrəli marşrut “28 May” NMM – Puşkin küçəsi – Nizami küçəsi – Yusif Səfərov küçəsi – Xocalı prospekti, daha sonra öz hərəkət sxemi üzrə; əks istiqamətdə isə Mərkəzi Bulvar küçəsi – 1-ci Yaşıl Ada küçəsi (Ağ şəhər) – Xaqani Rüstəmov küçəsi – Süleyman Vəzirov küçəsi – Nəcəfqulu Rəfiyev küçəsi – Xocalı prospekti, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.
5 nömrəli marşrut “Nəriman Nərimanov” metro stansiyası – Süleyman Rəhimov küçəsi (“28 May” metro stansiyası) istiqamətində hərəkət edəcək.
6 nömrəli marşrut iki istiqamətdə fəaliyyət göstərəcək. Birinci istiqamət "Azadlıq prospekti" metro stansiyası – Axundov bağını, ikinci istiqamət 20-ci Sahə (Ö.Nemanzadə küçəsi) – Su İdmanı Sarayı – “Binə” ticarət mərkəzini əhatə edir.
10 nömrəli marşrut Mikayıl Müşfiq küçəsi – Abdulla Şaiq küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – “28 May” NMM – Puşkin küçəsi – Nizami küçəsi – Yusif Səfərov küçəsi – Xocalı prospekti – Nəcəfqulu Rəfiyev küçəsi – Süleyman Vəzirov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə; əks istiqamətdə isə Süleyman Vəzirov küçəsi – Nəcəfqulu Rəfiyev küçəsi – Xocalı prospekti, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.
18 nömrəli marşrutun son dayanacaq məntəqəsi Əhməd Cavad küçəsi (Nizami bağı) olacaq.
20 nömrəli marşrut “28 May” NMM – Puşkin küçəsi – Nizami küçəsi – Yusif Səfərov küçəsi – Xocalı prospekti – Nəcəfqulu Rəfiyev küçəsi – Süleyman Vəzirov küçəsi – Ağ Şəhər – 8 Noyabr prospekti, daha sonra öz hərəkət sxemi üzrə; əks istiqamətdə isə 8 Noyabr prospekti – Xaqani Rüstəmov küçəsi – Süleyman Vəzirov küçəsi – Nəcəfqulu Rəfiyev küçəsi – Xocalı prospekti – Yusif Səfərov küçəsi – Mehdi Mehdizadə küçəsi – 28 May küçəsi – Rəşid Behbudov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;
21, 120 və 120E nömrəli marşrutlar “28 May” NMM – Kövkəb Səfərəliyeva küçəsi – Nizami küçəsi – Yusif Səfərov küçəsi – Xocalı prospekti – Nəcəfqulu Rəfiyev küçəsi – Süleyman Vəzirov küçəsi – Ağ Şəhər – 8 Noyabr prospekti, daha sonra öz hərəkət sxemi üzrə; əks istiqamətdə isə 8 Noyabr prospekti – Xaqani Rüstəmov küçəsi – Süleyman Vəzirov küçəsi – Nəcəfqulu Rəfiyev küçəsi – Xocalı prospekti, daha sonra öz hərəkət sxemi üzrə;
Ətraflı
30 və 49 nömrəli marşrutlar “28 May” NMM – Kövkəb Səfərəliyeva küçəsi – Nizami küçəsi – Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;
32 nömrəli marşrut “28 May” NMM – Kövkəb Səfərəliyeva küçəsi – Nizami küçəsi – Yusif Səfərov küçəsi – Xocalı prospekti – Nəcəfqulu Rəfiyev küçəsi – Süleyman Vəzirov küçəsi – Ağ Şəhər – 8 Noyabr prospekti, daha sonra öz hərəkət sxemi üzrə; əks istiqamətdə isə 8 Noyabr prospekti – Xaqani Rüstəmov küçəsi – Süleyman Vəzirov küçəsi – Nəcəfqulu Rəfiyev küçəsi – Xocalı prospekti, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.
61 nömrəli marşrutun son dayanacaq məntəqəsi Rəşid Behbudov küçəsi olmaqla fəaliyyəti Səməd Vurğun küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Rəşid Behbudov küçəsi ilə;
65 nömrəli marşrutun son dayanacaq məntəqəsi Axundov bağı olmaqla fəaliyyəti Şeyx Şamil küçəsi – İstiqlaliyyət küçəsi – Azərbaycan prospekti, daha sonra öz hərəkət sxemi üzrə;
88 nömrəli marşrutun son dayanacaq məntəqəsi Füzuli küçəsi olmaqla fəaliyyəti Azadlıq prospekti – Füzuli küçəsi – Rəşid Behbudov küçəsi ilə təşkil ediləcək.
88A nömrəli marşrut “28 May” NMM – Puşkin küçəsi – Nizami küçəsi – Yusif Səfərov küçəsi – Xocalı prospekti – Nəcəfqulu Rəfiyev küçəsi – Süleyman Vəzirov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə; əks istiqamətdə isə Süleyman Vəzirov küçəsi – Nəcəfqulu Rəfiyev küçəsi – Xocalı prospekti – Yusif Səfərov küçəsi – Mehdi Mehdizadə küçəsi – 28 May küçəsi – Puşkin küçəsi, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.
125 nömrəli marşrutun son dayanacaq məntəqəsi “28 May” NMM olmaqla fəaliyyəti İpək yolu (Dairəvi yol) – Mikayıl Müşfiq küçəsi – Şəmsi Bədəlbəyli küçəsi ilə təşkil ediləcək.
149 nömrəli marşrut Sahil qəsəbəsi – “20-ci Sahə” dairəsi istiqamətində fəaliyyət göstərəcək.
205 nömrəli marşrutun fəaliyyəti İpək yolu (Dairəvi yol) – Mikayıl Müşfiq küçəsi ilə təşkil ediləcək.
72 və E1 nömrəli marşrutların fəaliyyəti müvəqqəti olaraq dayandırılır.
19:52 / 23 May 2026
91
19:44 / 23 May 2026
213
19:32 / 23 May 2026
101
19:30 / 23 May 2026
68
19:26 / 23 May 2026
61
19:19 / 23 May 2026
59
19:02 / 23 May 2026
69
18:39 / 23 May 2026
71
18:35 / 23 May 2026
393
18:33 / 23 May 2026
82
18:27 / 23 May 2026
74
18:23 / 23 May 2026
65
18:09 / 23 May 2026
87
18:00 / 23 May 2026
79
17:46 / 23 May 2026
83
17:43 / 23 May 2026
291
14:55 / 23 May 2026
791
14:53 / 23 May 2026
236
14:51 / 23 May 2026
253
11:44 / 23 May 2026
116
11:41 / 23 May 2026
137
11:40 / 23 May 2026
107
10:08 / 23 May 2026
193
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.