Nazirliyinin idarə rəisi vəzifəsindən azad edildi - FOTO
15 Yanvar 2026, 14:02
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
4934
03.11.2025, 21:20
Mərhum Xalq artistinin kürəkəni tərəfindən aldadıldıqlarını,dələduzluğa məruz qaldıqlarını bildirən şəxslər bu barədə mediaya müraciət ediblər.
Söhbət mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni Qasımzadə Rüfət Mirzəcan oğlundan gedir.
Bu barədə Oxu24.com-a müraciət edən vətəndaş Mahmudbəyli Elşən Rafael oğlu bildirib.Onun sözlərinə görə,tanışı Cəfərov Mirəli Elşən oğlunun vasitəsi ilə bu şəxsi və onunla əlaqəli digərlərini tanıyıb.
Fotoda şikayətçi Elşən Mahmudbəylidir
“Dostum Mirəli mənə dedi ki,bu adamlar yaxşı iş görürlər.Sən də onlara iş üçün pul verib,daha yaxşı qazanc əldə edə bilərsən.Maraqlandıqda öyrəndim ki,Rüfət və adamları qızıl işi ilə məşğul olurlar.Mən də inandım. Bu işi Qasımlı Boran Fazil oğlu,Qasımlı Sahil Fazil oğlu,Qasımzadə Rüfət Mirzəcan oğlu və onların kuryerliyini edən Məmmədzadə Məmməd İmran oğlu birlikdə görürürlər.İlkin olaraq 2024-cü ilin may ayında 45 min ABŞ dolları pul vermişəm.Həmin məbləği Məmmədin vasitəsi ilə şəxsən özüm Rüfət Qasımzadəyə göndərdim.Rüfət mənə dedi ki,bu məbləğə qızıl alacaq və mənim də qurulacaq işdən qazancım olacaq.
Qeyd olunan qazanc 200 min dollara çatdığı halda yeni qızıl mağazası açılacaq və həmin mağaza mənə məxsus olacaq.Sən demə,bu yolla Rüfət və komandası piramida qururlarmış.Onlar insanları aldatmaqla tora salırlarmış.Çirkin niyyətlərini davam etdirmək məqsədi ilə ilk zamanlar qazanc adı ilə adamları şirnikləndirmək üçün bir qədər pul qaytarırlarmış.
Bu yolla onlar daha çox pul ələ keçirmək və haram yolla varlanmaq istəyiblər.Üstündən bir müddət keçdikdən sonra Rüfət mənə aylıq olaraq 3000 dollar pul ödəməyə başladı.7 ay bu məbləği ödədikdən sonra yenidən məndən pul istədi. Mən də inanıb,bu dəfə ona 10 min dollar pul verdim.Rüfət məni inandırdı ki,bu pullara yeni qızıllar alacaq və mənim də mənfəətimi qaytaracaq.Bir müddət keçdikdən sonra Rüfətdən səs çıxmadı.Daha sonra aldadıldığımı başa düşdüm.Hüquq Mühafizə Orqanlarına şikayətlər etdim”,-deyə dələduzluğa məruz qaldığını bildirən şəxs qeyd edib.
Həmçinin oxuyun
Şikayətçinin sözlərinə görə, Rüfət Qasımzadə onun və başqalarının pulları hesabına Türkiyənin İstanbul şəhərində özünə obyekt icarəyə götürüb və qazanc əldə edir.
“Aldadıldığımı başa düşdükdən sonra Rüfətin işini araşdırmağa başladım. Məlum oldu ki,İstanbulda ticarət mərkəzinin daxilində restoran icarəyə götürüb,işlədir. Bu gün mənə onun vurduğu ziyan 52 min dollardır. Şikayət etdikdən sonra Bakıdan çıxışına “stop” qoyulub.İş hazırda Yasamal Rayon Polis İdarəsində müstəntiq Sərxan Ramazanovun icraatındadır.
Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini təqdim edəcəyik.

Məsələdə adı hallanan Sahil Qasımlı.Hazırda ABŞ-də yaşayır.
Miri Məcidli
14:14 / 15 Yanvar 2026
74
14:02 / 15 Yanvar 2026
637
13:57 / 15 Yanvar 2026
194
13:47 / 15 Yanvar 2026
192
13:41 / 15 Yanvar 2026
213
13:38 / 15 Yanvar 2026
205
13:17 / 15 Yanvar 2026
963
12:50 / 15 Yanvar 2026
82
12:39 / 15 Yanvar 2026
77
12:29 / 15 Yanvar 2026
96
12:18 / 15 Yanvar 2026
413
12:10 / 15 Yanvar 2026
796
11:52 / 15 Yanvar 2026
1167
11:47 / 15 Yanvar 2026
227
11:42 / 15 Yanvar 2026
119
11:34 / 15 Yanvar 2026
511
11:13 / 15 Yanvar 2026
96
11:00 / 15 Yanvar 2026
1957
10:52 / 15 Yanvar 2026
237
10:39 / 15 Yanvar 2026
262
10:38 / 15 Yanvar 2026
105
10:36 / 15 Yanvar 2026
107
10:34 / 15 Yanvar 2026
141
10:11 / 15 Yanvar 2026
563
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.