Güclü yağış və qar yağacaq, şimşək çaxacaq - PROQNOZ
23 May 2026, 23:36
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
4415
03.11.2025, 10:16
Xəbər verdiyimiz kimi, Prezidentin Təhlükəsizlik Xidmətinin şöbə rəisi, polkovnik Abdulla Mirzəliyev işdən azad edilib.
Oxu24.com Axar.az-a istinadən xəbər verir ki, Abdulla Mirzəliyevin adı ötən ilin sonunda ölkəyə qanunsuz yollarla külli miqdarda qızıl gətirmə cəhdinə görə gündəmə gəlmişdi. Belə ki, Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Hədəfləmə və Koordinasiya şöbəsinin böyük inspektoru Əfsər Nüsrət oğlu Mirzəliyevin öz qulluq mövqeyindən istifadə edib Səfər Həsən oğlu Səfərovla qabaqcadan əlbir olaraq 27 dekabr 2024-cü il tarixdə saat 04:50 radələrində sonuncunun İstanbul-Bakı aviareysi ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gələrək üzərində gətirdiyi ümumilikdə 461 min manat dəyərində olan 41 ədəd (3.145 qram) qızıl külçəni qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinə nail olmaları müəyyən edilmişdi.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində cinayət işi üzrə əhəmiyyət kəsb edən qızıl külçələr və digər maddi sübutlar aşkar edilərək götürülmüşdü.
Əfsər Mirzəliyev və onunla birgə ittiham olunan Səfər Səfərov bu ilin sentyabrında Bakı Ağır Cinayətlər Məhkəməsində 5 il müddətinə azadlıqdan məhrum edildilər.
Əfsər Mirzəliyev bu gün vəzifəsindən azad edilən Abdulla Mirzəliyevin qardaşı oğludur.
Fotoda Əfsər Mirzəliyev
23:36 / 23 May 2026
11
23:35 / 23 May 2026
1
23:33 / 23 May 2026
23
23:25 / 23 May 2026
25
23:19 / 23 May 2026
44
23:17 / 23 May 2026
39
23:14 / 23 May 2026
94
23:11 / 23 May 2026
74
23:00 / 23 May 2026
141
22:51 / 23 May 2026
373
22:46 / 23 May 2026
75
22:31 / 23 May 2026
74
22:20 / 23 May 2026
80
22:02 / 23 May 2026
69
21:45 / 23 May 2026
167
21:35 / 23 May 2026
156
21:28 / 23 May 2026
163
21:13 / 23 May 2026
201
21:02 / 23 May 2026
269
20:59 / 23 May 2026
172
20:54 / 23 May 2026
188
20:39 / 23 May 2026
218
20:19 / 23 May 2026
111
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.