Güclü yağış və qar yağacaq, şimşək çaxacaq - PROQNOZ
23 May 2026, 23:36
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1074
03.11.2025, 11:05
Rusiyada ötən gün miqrantlarla bağlı yeni qərar qəbul edilib.
Bu qərarın mahiyyəti Rusiyanın paytaxtı Moskva şəhərində miqrant iş icazəsi dərəcələri 2026-cı ildə 8 900 rubldan 10 000 rubla qədər bahalaşdırmağı nəzərdə tutur.
Qeyd olunan məbləği Azərbaycan manatına çevirsək,bu günki məzənnə ilə təxminən 212 manat edir.
Bu isə problemdən qaçıb Rusiyada özünə iş qurmağa çalışan əcnəbi üçün əlavə yükdür.
Miqrantların Rusiyada hədəf alınması tək bununla bitmir.
Bundan öncə də əcnəbilərin taksi sürücüsü kimi fəaliyyətinin qadağan olunması müzakirə olunurdu.
Bu və ya digər addımlar miqrantlara hansı mesajı verir?Hədəf kimi hansı ölkənin vətəndaşları görünür?
Mövzu ilə bağlı Oxu24.com-a danışan politoloq Turan Rzayev bildirib ki,bu qərarın birbaşa miqrantlarla bağlı olduğunu düşünmür.
“Bildiyimiz kimi Rusiya hazırda Ukrayna ilə müharibə edir.Bu,müharibə böyük pullar tələb edir.Üstəlik Rusiyanın saksiyalar altında olması ölkənin işini bir qədər də çətinə salır.Bunun üçün də istənilən variant nəzərdən keçirilir.Rusiya Dövləti kəsirləri bu kimi qərarlarla ödəməyə çalışır. Bu da başadüşüləndir. Ancaq, mən hesab edirəm ki, Rusiyanın bu kimi addımlar atmaqda digər məqsədi isə ölkəyə gələcək radikal meyilli miqrantların qarşısını almaq və onlara daha rahat nəzarət etmək məqsədi güdür. Tacikistandan, Qırğızıstandan, Əfqanıstandan və bu kimi ölkələrdən gələcək miqrantlar daha çox hədəfdə olmuş kimi görünür.Çünki,Rusiya bu tip problemli miqrantları ölkəsində görmək istəmir”,-deyə politoloq açıqlamasında bildirib.
Miri Məcidli
23:36 / 23 May 2026
11
23:35 / 23 May 2026
1
23:33 / 23 May 2026
23
23:25 / 23 May 2026
25
23:19 / 23 May 2026
44
23:17 / 23 May 2026
39
23:14 / 23 May 2026
94
23:11 / 23 May 2026
74
23:00 / 23 May 2026
141
22:51 / 23 May 2026
373
22:46 / 23 May 2026
75
22:31 / 23 May 2026
74
22:20 / 23 May 2026
80
22:02 / 23 May 2026
69
21:45 / 23 May 2026
167
21:35 / 23 May 2026
156
21:28 / 23 May 2026
163
21:13 / 23 May 2026
201
21:02 / 23 May 2026
269
20:59 / 23 May 2026
172
20:54 / 23 May 2026
188
20:39 / 23 May 2026
218
20:19 / 23 May 2026
111
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.