SON DƏQİQƏ! Bu çay məcrasını dəyişdi, ailələr köçürülür
24 May 2026, 00:54
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1317
02.11.2025, 11:14
Milli Məclisin deputatı Siyavuş Novruzov sinəsində gəzdirdiyi orden-medalların sayına görə digər siyasətçi həmkarlarını qabaqlayır.
Oxu24.com xəbər verir ki,Metbuat.az-ın araşdırması zamanı məlum olub ki, Siyavuş Novruzov bu günə kimi 22 dəfə təltif olunub. Bunların arasında ən nüfuzlu mükafat Prezident İlham Əliyevin imzası ilə aldığı "Şöhrət" ordenidir. Novruzov "Şöhrət" ordeninə 16 fevral 2019-cu ildə layiq görülüb.
Siyavuş Novruzovun yaxasını "bəzəyən" 22 orden-medalın 7-si ona Rusiyada fəaliyyət göstərən müxtəlif qurumlar tərəfindən verilib.
Oxucularımız üçün maraqlı olacağını nəzərə alıb deputatın Rusiyadan aldığı orden-medalların siyahısını təqdim edirik:
“Vətənə sədaqət ordeni” – 14 sentyabr 2016-cı ildə ölkənin müdafiə qabiliyyətinin möhkəmləndilməsinə böyük töhfə üçün Rusiya Federasiyasının Silahlı Qüvvələrinin veteranlarının Ümumrusiya İctimai Birliyinin sədri, keçmiş SSRİ Müdafiə nazirinin müavini Viktor Yermakov tərəfindən təltif edilib.
“Vətənə xidmət ordeni” – 01 may 2015-ci ildə Əfqanıstan Veteranlarının Rusiya Birliyinin sədri Frans Klinseviç tərəfindən təltif olunub.
“Əfqanıstan müharibəsi veteranı” medalı - 26 iyun 2012-ci ildə Ümumrusiya İctimai Təşkilatı “Əfqanıstanın Veteranlarının Rusiya İttifaqı” tərəfindən təltif olunub.
“Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 20 illiyi” medalı – MDB-ın dövlət-iştirakçılarının Hökumətlərinin Başçılarının Şurası yanında müharibə - beynəlmiləlçilərin işləri üzrə Komitənin sədri Ruslan Auşev tərəfindən təltif olunub.
“Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 25 illiyi” medalı – 15 fevral 2014-cü ildə veteran birləşmələrinin birgə fəaliyyətinin koordinasiyası üzrə komitəsi tərəfindən təltif olunub.
“Döyüş Qardaşlığı” veteranlar təşkilatı qarşısında xidmətlərinə görə” medalı – 02 fevral 2017-ci ildə SSRİ Daxili İşlər nazirinin sabiq birinci müavini Boris Qromov tərəfindən təltif olunub.
Vətən qarşısında “Xidmətlərə görə” medalı – 15 fevral 2017-ci ildə Əfqanıstan Veteranlarının Rusiya İttifaqı adından təltif olunub.
01:01 / 24 May 2026
36
00:58 / 24 May 2026
14
00:54 / 24 May 2026
20
00:51 / 24 May 2026
23
00:43 / 24 May 2026
134
00:41 / 24 May 2026
52
00:17 / 24 May 2026
153
00:03 / 24 May 2026
70
23:59 / 23 May 2026
167
23:59 / 23 May 2026
90
23:56 / 23 May 2026
137
23:50 / 23 May 2026
161
23:39 / 23 May 2026
192
23:36 / 23 May 2026
260
23:33 / 23 May 2026
79
23:25 / 23 May 2026
83
23:19 / 23 May 2026
79
23:17 / 23 May 2026
73
23:14 / 23 May 2026
171
23:11 / 23 May 2026
130
23:00 / 23 May 2026
208
22:51 / 23 May 2026
629
22:46 / 23 May 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.