AZAL-ın vurulmuş təyyarəsi ilə bağlı YENİ XƏBƏR
24 May 2026, 02:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3767
31.10.2025, 17:48
Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin gəlini, fövqəladə hallar nazirinin müavini general-mayor Teymur Mehdiyevin həyat yoldaşı Nigar Mehdiyeva vəzifəsindən azad edilib. O, Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasında müalicə işləri üzrə direktor müavini və II cərrahiyyə şöbəsinin müdiri-bölmə rəhbəri vəzifələrini tuturdu.
Oxu24.com xəbər verir ki, “Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, N.Mehdiyevanın atası İsmayıl Sadıqov da vaxtilə vəzifəli şəxs olub.
O, uzun müddət Nazirlər Kabinetinin Humanitar məsələlər şöbəsinin müdiri işləyib, 2018-ci ildə vəzifədən azad edilib. Sezar pizza
İ.Sadıqov Milli Məclisin Səhiyyə komitəsinin sədri, ATU-nun Onkoloji Klinikasının direktoru, akademik Əhliman Əmiraslanovla çox yaxın dost olub. Nigar Mehdiyevanın direktor müavini və şöbə müdiri təyin olunması da məhz bu dostluqdan irəli gəlib.
Məsələ ondadır ki, Ə.Əmiraslanov Nigar Mehdiyevanı vəzifəyə təyin etməklə təkcə bir dostunun övladını işlə təmin etməyib, eyni zamanda digər dostu Ramiz Mehdiyevin ailəsinə də yaxşılıq etmiş olub.
Məlumata görə, Ə.Əmiraslanov İ.Sadıqovla Ramiz Mehdiyevin qohum olmasında da rol oynayıb. Ə.Əmiraslanov R.Mehdiyevin ən yaxın və sadiq kadrlarından biri hesab olunur. 1992-ci ildə - Əbülfəz Elçibəyin prezidentliyi dövründə Azərbaycan Tibb Universitetinin rektoru təyin olunan Əhliman Əmiraslanovun 23 il fasiləsiz olaraq bu vəzifədə qalması da məhz R.Mehdiyevlə dostluğu sayəsində mümkün olub.
İndi isə Ə.Əmiraslanov R.Mehdiyevlə məsafə saxlamaq qərarına gəlib və onun gəlinini işdən çıxarıb.
Qeyd edək ki, Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev və Əhliman Əmiraslanovun övladı Tapdıq Əmiraslanov eyni qurumda, eyni vəzifədə işləyirlər. Onların ikisi də fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müavinləridir. Yaxın dost olan T.Mehdiyev və T.Əmiraslanov eyni gündə - 2014-cü il may ayının 5-də nazir müavini təyin olunublar.
"Yeni Sabah" məsələyə, o cümlədən Ramiz Mehdiyevlə bağlı baş verənlərə Əhliman Əmiraslanovun münasibətini öyrənməyə çalışıb. Lakin o, zənglərə cavab verməyib.
Xatırladaq ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilən R.Mehdiyev barədə verilən vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.
01:23 / 24 May 2026
5
01:14 / 24 May 2026
52
01:01 / 24 May 2026
101
00:58 / 24 May 2026
50
00:54 / 24 May 2026
134
00:51 / 24 May 2026
71
00:43 / 24 May 2026
200
00:41 / 24 May 2026
128
00:17 / 24 May 2026
180
00:03 / 24 May 2026
80
23:59 / 23 May 2026
201
23:59 / 23 May 2026
107
23:56 / 23 May 2026
157
23:50 / 23 May 2026
169
23:39 / 23 May 2026
215
23:36 / 23 May 2026
291
23:33 / 23 May 2026
87
23:25 / 23 May 2026
89
23:19 / 23 May 2026
83
23:17 / 23 May 2026
75
23:14 / 23 May 2026
181
23:11 / 23 May 2026
135
23:00 / 23 May 2026
218
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.