Nazirliyinin idarə rəisi vəzifəsindən azad edildi - FOTO
15 Yanvar 2026, 14:02
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1224
31.10.2025, 16:27
Balakənin icra başçısı İslam Rzayevin saxlanılmasından sonra Azərbaycanın şəhər və rayon rəhbərliklərindəki "köhnə” icra başçılarının siyahısı bir qədər də seyrəldi. 5-6 il əvvəl bu "seyrəltmə işləri” intensiv xarakter alsa da, son illər bir qədər zəifləmişdi…
Buna baxmayaraq, 20 ilə yaxındır icra başçısı vəzifəsi daşıyan şəxslərin sayı hələ də kifayət qədər çoxdur. Onların arasında hətta 30 ildir müxtəlif rayonlara başçılıq edənlər də var.
Oxu24.com xəbər verir ki, "AzPolitika” hələ də vəzifədə olan "qocaman” icra başçılarının siyahısını təqdim edir: pizza
Taleh Qaraşov –2012-ci ildən Lənkəranın icra başçısıdır. Ümumilikdə Qaraşovun başçı karyerası olduqca zəngin və uzunmüddətlidir. O, 2002-ci ildən başlayaraq, Kürdəmir, Cəlilabad, Neftçala və Astara rayonlarının icra başçısı olub. Yəni, üst-üstə 23 ildir icra başçısı işləyir.
Şəkinin icra başçısı Elxan Usubov. 2011-ci ildən Şəkiyə başçılıq edir. Bundan əvvəl 2007-2011-ci illərdə Ağstafanın başçısı olub.
Zakir Fərəcov. 2015-ci ildən Sumqayıtın başçısıdır. Buna qədər 10 il Abşeronun icra başçısı olub.
Şirvanın icra başçısı İlqar Abbasov. 2004-cü ildən 2005-ci ilə qədər Nərimanov, 2005-2019-cu illərdə isə Suraxanı icra başçısı olub. 2019-cu ildən Şirvanın başçısıdır.
Süleyman Mikayılov 2010-cu ildən Qaradağın icra başçısıdır. Bundan əvvəl 5 il Yardımlı və Lənkəranda başçı olub.
Sabunçunun icra başçısı Adil Vəliyev 2012-ci ildən bu vəzifədədir.
Füzulinin icra başçısı Alı Alıyev 2011-ci ildən bəri rayonun başçısıdır.
Həmçinin oxuyun
Xızının icra başçısı Xəzər Aslanov 2012-ci ildən rayona rəhbərlik edir. Bundan əvvəl 6 il Yardımlının icra başçısı olub.
Qobustanın icra başçısı Adil Məmmədov 2011-ci ildən rayona rəhbərlik edir. O, hələ 1994-cü ildən 2002-ci ilə qədər Oğuzun, sonrakı illərdə isə Qəbələ və Biləsuvarın başçısı olub.
Siyəzənin icra başçısı Novruz Novruzov da 1990-cı illərdən qalan başçılardandır. O, 1995-ci ildən başlayaraq, Lerik, Goranboy və Şabranda başçı olub. 2019-cu ildən Siyəzənə başçılıq edir.
Bayram Səfərov 2009-cu ildən Şuşanın icra başçısıdır.
Mübariz Əhmədzadə 2009-cu ildən Zaqatalanın icra başçısı vəzifəsini daşıyır. Bundan əvvəl 2 il Qaxın başçısı olub.
Mərdan Camalov 2005-ci ildən icra başçısdır. 14 il Şirvana başçılıq edən Camalov 2019-cu ildən Zərdaba rəhbərlik edir.
Bu qeyd etdiklərimiz "qocaman başçıların” tam siyahısı deyil, buraya 20 ilə yaxındır başçı vəzifəsini daşıyan Əziz Əzizovu, Vidadi İsayevi, Şahmar Usubovu, Qəzənfər Ağayevi və digərlərini də aid etmək olar.
Qeyd edək ki, uzun illərdir Azərbaycanda icra hakimiyyəti idarəçilik institutunun özünü doğrultmadığı, korrupsiya və rüşvət üçün yol açdığı və bu idarəçilik sisteminin dəyişdirilməli olduğuna dair müxtəlif səviyyələrdə, siyasi dairələrdə, o cümlədən parlamentdə məsələ qaldırılır. Lakin hələlik bu məsələ tam həllini tapmayıb. Yalnız yaxın zamanlarda bu sahədə köklü dəyişikiyin gözlənildiyinə dair iddialardan başqa ortada heç nə yoxdur…
14:14 / 15 Yanvar 2026
42
14:02 / 15 Yanvar 2026
425
13:57 / 15 Yanvar 2026
124
13:47 / 15 Yanvar 2026
133
13:41 / 15 Yanvar 2026
181
13:38 / 15 Yanvar 2026
160
13:17 / 15 Yanvar 2026
868
12:50 / 15 Yanvar 2026
69
12:39 / 15 Yanvar 2026
66
12:29 / 15 Yanvar 2026
81
12:18 / 15 Yanvar 2026
367
12:10 / 15 Yanvar 2026
749
11:52 / 15 Yanvar 2026
1101
11:47 / 15 Yanvar 2026
211
11:42 / 15 Yanvar 2026
109
11:34 / 15 Yanvar 2026
494
11:13 / 15 Yanvar 2026
92
11:00 / 15 Yanvar 2026
1860
10:52 / 15 Yanvar 2026
232
10:39 / 15 Yanvar 2026
251
10:38 / 15 Yanvar 2026
102
10:36 / 15 Yanvar 2026
105
10:34 / 15 Yanvar 2026
135
10:11 / 15 Yanvar 2026
544
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.