AZAL-ın vurulmuş təyyarəsi ilə bağlı YENİ XƏBƏR
24 May 2026, 02:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
538
31.10.2025, 14:51
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan Respublikası Milli Məclisinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” adlı beynəlxalq parlament konfransında çıxış edib.
Tədbirin məqsədi dövlətlərin hüquqi əsaslarının möhkəmləndirilməsində konstitusiyaların əhəmiyyətini vurğulamaq, həmçinin dövlətlərin demokratik inkişafında, insan hüquqlarının və azadlıqlarının təminində konstitusiya dəyərlərinin roluna diqqət çəkməkdir.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan xalqını və dövlətini bu əlamətdar yubiley münasibətilə təbrik edərək qeyd edib ki, 1995-ci ildə qəbul edilən Konstitusiya müasir Azərbaycanın sabitliyinin, qanunun aliliyinin və insan hüquqlarının təminatının əsasını qoyaraq, dövlətin müstəqilliyinin və suverenliyinin möhkəmlənməsində mühüm rol oynayıb. O, Ümummilli Lider Heydər Əliyevin müdrik rəhbərliyi ilə formalaşan bu hüquqi sənədin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlar nəticəsində daha da möhkəmləndiyini vurğulayıb.
Xanım A.Raimkulova həmçinin Prezident İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin ölkənin suverenliyinin və ərazi bütövlüyünün tam bərpasının rəmzi olduğunu, Konstitusiyanın prinsiplərinin artıq Qarabağ və Şərqi Zəngəzur daxil olmaqla bütün ərazilərdə tətbiq edilməsinin qürurverici hadisə kimi tarixə yazıldığını bildirib.
Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın sədrliyi ilə keçirilən tədbirdə eləcə də, Qazaxıstan Parlamenti Məclisinin üzvü Aidos Sarım, Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım, Özbəkistan Ali Məclisi Senatının Məhkəmə-hüquq məsələləri və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Abdulhakim Eşmuratov, Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədri Saqr Qobaş, Belarus Milli Assambleya Respublika Şurasının sədr müavini Vladislav Tatarinoviç, İtaliya Deputatlar Palatasının üzvü Eucenio Zoffili, Pakistan Senatının sədri Syed Yusuf Raza Gilani, Rumıniya Senatının sədri Mircea Abrudean, Rusiya Federal Məclis Federasiya Şurasının üzvü Natalya Kuvşinova, Serbiyanın Milli Assambleyasının sədr müavini Covan Canciç, Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Fayzali İdizoda, Qlobal Dözümlülük və Sülh Şurasının (GCTP) prezidenti Ahmed Aljarwan çıxışlar edərək müasir dövlətlərin hüquqi əsaslarının möhkəmləndirilməsində konstitusiyaların rolu, dövlətlərin suverenliyi və milli müstəqilliyin qorunması istiqamətində fikir mübadiləsi aparıblar.
Konfrans çərçivəsində qonaqlar və tədbir iştirakçıları Fəxri xiyabanı ziyarət edərək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarı önünə əklil qoyublar.
Daha sonra Şəhidlər xiyabanına gələrək Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhid olan qəhrəmanları ehtiramla yad edib və “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
02:00 / 24 May 2026
63
01:23 / 24 May 2026
175
01:14 / 24 May 2026
362
01:01 / 24 May 2026
216
00:58 / 24 May 2026
93
00:54 / 24 May 2026
337
00:51 / 24 May 2026
202
00:43 / 24 May 2026
379
00:41 / 24 May 2026
226
00:17 / 24 May 2026
342
00:03 / 24 May 2026
131
23:59 / 23 May 2026
289
23:59 / 23 May 2026
159
23:56 / 23 May 2026
241
23:50 / 23 May 2026
207
23:39 / 23 May 2026
378
23:36 / 23 May 2026
403
23:33 / 23 May 2026
124
23:25 / 23 May 2026
129
23:19 / 23 May 2026
115
23:17 / 23 May 2026
102
23:14 / 23 May 2026
238
23:11 / 23 May 2026
227
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.