AZAL-ın vurulmuş təyyarəsi ilə bağlı YENİ XƏBƏR
24 May 2026, 02:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3154
31.10.2025, 13:36
Akademik Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının direktoru Fariz Babayev və baş həkimi Nicat Kərimov vəzifələrindən azad ediliblər.
Oxu24.com TƏBİB-ə istinadən xəbər verir ki, qurumun icraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə sözügedən xəstəxanaya Pərviz Hacıyev rəhbərlik edəcək.
Bildirilib ki, tibb müəssisəsinin direktoru vəzifəsini icra edəcək P.Hacıyev ixtisasca uroloqdur və yeni təyinata qədər özəl tibb müəssisələrinin birində həkim-uroloq vəzifəsində çalışıb.
Pərviz Hacıyev 2001-2009-cu illərdə Ankara Universitetinin Tibb fakültəsində bakalavr, 2010-2015-ci illərdə urologiya ixtisası, 2016-2019-cu illər üzrə isə uşaq urologiyası ixtisası üzrə uzmanlıq təhsili alıb.
Bundan əlavə, tibb müəssisəsinə direktor müavini – baş həkim təyinatı da baş tutub. Belə ki, xəstəxananın direktor müavini - baş həkim vəzifəsinə Elçin Mustafayev təyin olunub.
E.Mustafayev ixtisasca uroloqdur və yeni təyinata qədər eyni tibb müəssisəsinin Endourologiya şöbəsinin müdiri vəzifəsini icra edib.
E.Mustafayev 1994-2000-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində, 2002-2004-cü illərdə Moskva Urologiya Elmi-Tədqiqat Universitetində klinik ordinatura, 2004-2007-ci illərdə isə aspirantura təhsili alıb. O, 2007-ci ildə Moskva Urologiya Elmi-Tədqiqat İnstitutu, 2008-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tibb elmləri namizədi elmi dərəcəsini alıb.
Qeyd edək ki, bu gün Vüqar Qurbanov yeni direktor və baş həkimi kollektivə təqdim edib, müvafiq tapşırıq və tövsiyələrini verib.
02:00 / 24 May 2026
63
01:23 / 24 May 2026
175
01:14 / 24 May 2026
362
01:01 / 24 May 2026
216
00:58 / 24 May 2026
93
00:54 / 24 May 2026
337
00:51 / 24 May 2026
202
00:43 / 24 May 2026
379
00:41 / 24 May 2026
226
00:17 / 24 May 2026
342
00:03 / 24 May 2026
131
23:59 / 23 May 2026
289
23:59 / 23 May 2026
159
23:56 / 23 May 2026
241
23:50 / 23 May 2026
207
23:39 / 23 May 2026
378
23:36 / 23 May 2026
403
23:33 / 23 May 2026
124
23:25 / 23 May 2026
129
23:19 / 23 May 2026
115
23:17 / 23 May 2026
102
23:14 / 23 May 2026
238
23:11 / 23 May 2026
227
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.