Qaynar xətt:

(+99450) 247 90 86

Deputatdan Ramiz Mehdiyevlə bağlı ŞOK AÇIQLAMA  — Buna görə VƏZİFƏSİNDƏN GEDİBMİŞ

news/2025_10_31/son_cov_1761900922.jpg

CƏMİYYƏT

2195

31.10.2025, 17:28

Oxu24.com saytı bundan öncə  Ramiz Mehdiyevin  Prezident Administrasiyanın rəhbəri olan dövrdə  məmurlara və millət  vəkillərinə  qoyduğu qadağa ilə bağlı  məlumat vermişdi.Söhbət Ramiz Mehdiyevin  imzası ilə Ali Attestasiya Komissiyasına daxil olan məktubdan gedir. Həmin məktubda vəzifə tutan şəxslərin,millət vəkillərinin  elmi  ad almaları,elmi iş müdafiə etmələri qadağan olunması göstərişi verilmişdi.Bu,qadağa uzun illərdir ki,öz qüvvəsini saxlayır.Bu gün Ramiz Mehdiyev vəzifədə olmasa da,vaxtı ilə onun göstərişi ilə tətbiq olunan qadağa hələ də öz qüvvəsində qalmaqdadır.

Oxu24.com-un əldə etdiyi məlumata görə,R.Mehdiyevin bu qadağasından əziyyət çəkənlərdən biri də millət vəkili  Ceyhun Məmmədovdur.

Əldə etdiyimiz məlumata görə,millət vəkili elmi ad almaq üçün doktorluq dissertasiyası  müdafiə etmək istəsə də,buna icazə verilməyib. Bu,səbəbdən də  Ceyhun Məmmədov  2013-cü ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində tutduğu vəzifədən  uzaqlaşmaq   məcburiyyətində qalıb.Bundan sonra o,elmi iş üzrə müdafiə üçün sənədlərini Ali Attestasiya Komissiyasına təqdim edə bilib.

Qeyd olunan məsələlərlə bağlı CityPost.az millət vəkili ilə danışıb.

O,sayta açıqlamasında uzun illərdir ki,Ramiz  Mehdiyevin bu qadağasından əziyyət çəkdiyini deyib.

“Mən özüm də 10 ilə yaxın bir çox elmlə məşğul olan insanlar kimi həmin problemdən əziyyət çəkmişəm.O zaman Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində çalışırdım.Buna görə haqsız yerə müdafiəyə buraxılmadım.AAK-nın rəhbər şəxsləri ilə görüşlər keçirəndən sonra  elmi iş müdafiə  etməyimə icazə verildi.Amma,sonrakı dövrdə buna dair rəsmi sənəd almağıma əngəl törədildi.Ramiz Mehdiyevin AAK-ya yazdığı məktuba görə,fəlsəfə doktoru olmağıma dair diplomumu almağım 10 ilə qədər bir dövrü əhatə etdi.

Sonuncu dəfə AAK rəhbərliyi ilə danışıqlar aparan zaman mənə açıq-aşkar  bildirildi ki,alimlik dərəcəsini almaq barəsindəki diplomu  əldə etmək üçün konkret olaraq tutduğum Dövlət qulluğundan könüllü azad olmalıyam.Nəhayət,2013-cü ilin əvvəllərində qərara gəldim ki, AAK-dan diplomumu əldə etmək üçün Dini İşlər üzrə Dövlət Komitəsindəki vəzifəmdən ayrılım.Yalnız vəzifəmdən  ərizəmlə uzaqlaşandan sonra illərlə əziyyət çəkib,elmi iş müdafiə eləməyimə dair diplomumu ala bildim.Onu da deyim ki, hətta Dövlət qulluğundan azad olunmağıma dair əmək kitabçamın surətini  təqdim etməyənə qədər AAK-dan diplomumu mənə vermirdilər.Ağrılısı odur ki,Ramiz Mehdiyev tərəfindən alimlik dərəcəsi almaq üçün Dövlət qulluqçularına və millət vəkillərinə qoyulan qadağa və məhdudiyyət  hələ də qüvvədədir.Mən hazırda ikinci doktorluq işimi yazıb,tamamlamışam.Amma,R.Mehdiyevin qərəzli məktubunu əsas gətirərək müvafiq orqandan mənə bildirirlər ki,siz millət vəkili fəaliyyətinizi davam etdirdiniz üçün müdafiəyə buraxıla bilməzsiniz.Maraqlısı odur ki, bu gün də AAK -da Ramiz Mehdiyevin məlum məktubunu əsas gətirərək Dövlət qulluğunda çalışanlara və millət vəkillərinə elmi işlə məşğul olmaq,elmi ad almaq imkanı verilmir.Mən özüm millət vəkili olmaqla yanaşı,həm də pedajoji fəaliyyətlə məşğulam.Mənim kimi anoloji fəaliyyətlə  məşğul olan həmkarlarım var.Lakin,millət vəkili olduqları üçün elmi işlə məşğul olmalarına AAK-ya yazılmış həmin məktub maneə yaradır.Həmin qərəzli məktub elmimizin inkişafına,elmə olan marağa,elmlə məşğul olmaq istəyən Dövlət strukturlarında çalışan insanların qarşısında bu gün də süni baryer yaradır.Bu problemlə üzləşmiş insan kimi  mən deyə bilərəm ki, elmlə məşğul olmaq istəyən Dövlət strukturlarında çalışan yüzlərlə istedadlı insanlar var,onlar  dövlətçilik naminə elmlə məşğul olmaqla  faydalı işlər ərsəyə gətirə bilərlər.Məhz,bu mənada hesab edirəm ki,Ramiz Mehdiyev tərəfindən elmin inkişafına qoyulmuş  qadağanın aradan qaldırılmasına ciddi ehtiyac var".

Miri  Məcidli