AZAL-ın vurulmuş təyyarəsi ilə bağlı YENİ XƏBƏR
24 May 2026, 02:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1106
30.10.2025, 21:27
“Abşeron Mərkəzi Xəstəxanası rayon üzrə əhaliyə xidmət göstərən yeganə tibb müəssisəsidir. Son illərdə xəstəxananın fəaliyyət istiqamətləri genişləndirilib, göstərilən tibbi xidmətlərin çeşidi artırılıb. Əvvəllər burada ağır əməliyyatlar həyata keçirilmədiyi halda, hazırda xəstəxana bütün növ tibbi xidmətləri özündə cəmləşdirir”.
Oxu24.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov deyib.
O qeyd edib ki, bu dəyişikliklərin nəticəsində gün ərzində 3 mindən çox şəxs xəstəxanaya müraciət edir:
“Ümumiyyətlə, TƏBİB tabeli tibb müəssisələrinə artan müraciət sayına baxmayaraq, növbələrin minimuma endirilməsi istiqamətində tədbirlər görür. İlk növbədə Vətən müharibəsi qaziləri, şəhid ailələri və əlillər üçün növbəsiz keçid imkanı yaradılıb. Bununla yanaşı, qeydiyyatçıların sayı da artırılıb. Həmçinin Bakıda və regionlarda fəaliyyət göstərən bir sıra tibb müəssisələrində monitorların quraşdırılması təmin edilib. Müəssisələrin qəbul həcminə uyğun olaraq, monitorların sayı 1-dən 10-a qədər dəyişir. Hazırda monitor çatışmazlığı ilə bağlı heç bir tibb müəssisəsində problem müşahidə edilmir”.
Vüqar Qurbanovun sözlərinə görə, yaxın gələcəkdə həkimlərin və orta tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı layihələr hazırlanır və bu layihələrin təqdimatı planlaşdırılır. (Mənbə: Azərtac)
02:00 / 24 May 2026
63
01:23 / 24 May 2026
175
01:14 / 24 May 2026
362
01:01 / 24 May 2026
216
00:58 / 24 May 2026
93
00:54 / 24 May 2026
337
00:51 / 24 May 2026
202
00:43 / 24 May 2026
379
00:41 / 24 May 2026
226
00:17 / 24 May 2026
342
00:03 / 24 May 2026
131
23:59 / 23 May 2026
289
23:59 / 23 May 2026
159
23:56 / 23 May 2026
241
23:50 / 23 May 2026
207
23:39 / 23 May 2026
378
23:36 / 23 May 2026
403
23:33 / 23 May 2026
124
23:25 / 23 May 2026
129
23:19 / 23 May 2026
115
23:17 / 23 May 2026
102
23:14 / 23 May 2026
238
23:11 / 23 May 2026
227
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.