AZAL-ın vurulmuş təyyarəsi ilə bağlı YENİ XƏBƏR
24 May 2026, 02:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
687
30.10.2025, 17:46
“Hürriyət” qəzetinin və “Hüriyyət TV”nin ofisində aparılan əməliyyatla bağlı yayılan məlumatlar ölkədə geniş rezonans doğurub.
Məhkəmə qərarında qeyd olunur ki, Vüqar Məmmədovun rəhbərlik etdiyi televiziyadakı çıxışları “sosial gərginliyi artırmaq və dövlət orqanlarını gözdən salmaq məqsədi daşıyan hərəkətlər” kimi qiymətləndirilib.
Oxu24.com xəbər verir ki, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Azərbaycan Reallığı”na açıqlamasında bacısı oğlu, “Hürriyət” qəzetinin və “Hüriyyət TV”nin rəhbəri Vüqar Məmmədovun saxlanılması ilə bağlı danışıb.
Sərdar Cəlaloğlu bildirib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları həm media ofislərində, həm də Vüqar Məmmədovun yaşadığı evdə axtarış aparıblar:
“Evində axtarış zamanı heç nə götürülməyib. DTX əməkdaşları özlərini çox mədəni aparıblar. Vüqarın ailə üzvlərinə qarşı psixoloji və fiziki təzyiq göstərilməyib. Ailə üzvləri bildiriblər ki, onlar üzr istəyərək bu prosesi həyata keçiriblər. Hətta Vüqarı həbs edəndə qandallayıblar, özünü pis hiss etdiyinə görə sonra açıblar. Çünki onun ürəyində problemlər var”.
ADP sədrinin sözlərinə görə, Vüqar Məmmədovun həbsi Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyevin işi ilə əlaqəli deyil və bu iddialar əsassızdır:
“Bunun heç bir əsası yoxdur. Çünki Vüqar bəyin fəaliyyəti ilə bağlı iradlar təxminən 6 ay əvvəl mənə çatdırılmışdı. Bu iradları həm Prezident Administrasiyası, həm də DTX bildirmişdi. Mən də dəfələrlə çalışmışam ki, Vüqar Məmmədov çıxışlarında radikal olmasın, irad tutulan məsələlərə yer verməsin. Sadəcə, Vüqar gərgin vəziyyətdə idi. Fikirlərini radikal formada ifadə edirdi. Vüqarın valideynləri də həmin çıxışlarına görə ona dəfələrlə iradlarını bildiriblər. O, ağır iqtisadi-sosial vəziyyətə düşən insanları görüb, emosional reaksiyalar verirdi. Ramiz Mehdiyevlə bu məsələni əlaqələndirmək böhtandan başqa bir şey deyil.”
Sərdar Cəlaloğlu əlavə edib ki, Vüqar Məmmədovun əvvəllər də Ramiz Mehdiyevlə eyni cəbhədə dayanması barədə deyilənlər tamamilə əsassızdır:
“Həmin şəxsin vaxtında Vüqar Azərbaycan Demokrat Partiyasını maliyyələşdirmək ittihamı ilə 4 il həbsdə olub. Biznes fəaliyyətinə də müəyyən əngəllər törədilib, nəticədə müflis olub. Bizə qarşı Ramiz Mehdiyevdən daha çox düşmənlik edən şəxs yoxdur. Vüqar onun komandasında necə ola bilər ki, Ramiz Mehdiyevin ən çox düşmənlik etdiyi şəxslər biz olmuşuq”.
02:00 / 24 May 2026
63
01:23 / 24 May 2026
175
01:14 / 24 May 2026
362
01:01 / 24 May 2026
216
00:58 / 24 May 2026
93
00:54 / 24 May 2026
337
00:51 / 24 May 2026
202
00:43 / 24 May 2026
379
00:41 / 24 May 2026
226
00:17 / 24 May 2026
342
00:03 / 24 May 2026
131
23:59 / 23 May 2026
289
23:59 / 23 May 2026
159
23:56 / 23 May 2026
241
23:50 / 23 May 2026
207
23:39 / 23 May 2026
378
23:36 / 23 May 2026
403
23:33 / 23 May 2026
124
23:25 / 23 May 2026
129
23:19 / 23 May 2026
115
23:17 / 23 May 2026
102
23:14 / 23 May 2026
238
23:11 / 23 May 2026
227
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.