AZAL-ın vurulmuş təyyarəsi ilə bağlı YENİ XƏBƏR
24 May 2026, 02:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
508
30.10.2025, 12:41
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Bakı şəhəri və Abşeron rayonunda yeni kanalizasiya kollektorları və tullantı suları üçün sutəmizləyici qurğularının tikintisi layihələrinə başlayıb.
Bu barədə Oxu24.com-a ADSEA-dan bildirilib.
Layihələrdən biri Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün sutəmizləyici qurğunun tikintisidir.
Ümumi uzunluğu 23 kilometr, məhsuldarlığı gün ərzində 100 min kubmetr olan gətirici kollektorun qurulması nəticəsində bir sıra qəsəbələrin kanalizasiya təchizatı təmin ediləcək.
Həmçinin bu işlər çərçivəsində Bakı buxtasının, Xocəsən, Qırmızı, Qu və Lökbatan göllərinin ekoloji vəziyyəti yaxşılaşdırılacaq.
Layihə Səbail, Yeni Yasamal, Badamdar, Qanlı gölün ətrafı, Bayıl, Bibiheybət, 20-ci Sahə və Xocasən gölü ətrafı ərazilərini əhatə edəcək.
Layihənin tikintisinə 2025-ci ildə başlanılıb və 2028-ci ildə tamamlanması nəzərdə tutulur.
Bu tipli layihələr, xüsusilə mikrotunel texnologiyası ilə qurulan kanalizasiya şəbəkələri müasir və dayanıqlı olması ilə seçirilir, geniş ərazilərdə qurulma imkanı və əhalinin məmnunluq səviyyəsinin yüksəldilməsinə şərait yaradır.
Görülən işlər yeni kollektorlar vasitəsilə daşınan tullantı suların sutəmizləyici qurğulara ötürülməsi və təmizlənməsinə, su hövzələrinin çirklənməsinin qarşısının alınmasına xidmət edəcək.
02:00 / 24 May 2026
167
01:23 / 24 May 2026
219
01:14 / 24 May 2026
750
01:01 / 24 May 2026
261
00:58 / 24 May 2026
111
00:54 / 24 May 2026
503
00:51 / 24 May 2026
278
00:43 / 24 May 2026
464
00:41 / 24 May 2026
285
00:17 / 24 May 2026
442
00:03 / 24 May 2026
142
23:59 / 23 May 2026
348
23:59 / 23 May 2026
181
23:56 / 23 May 2026
287
23:50 / 23 May 2026
222
23:39 / 23 May 2026
484
23:36 / 23 May 2026
485
23:33 / 23 May 2026
135
23:25 / 23 May 2026
138
23:19 / 23 May 2026
126
23:17 / 23 May 2026
116
23:14 / 23 May 2026
275
23:11 / 23 May 2026
513
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.