AZAL-ın vurulmuş təyyarəsi ilə bağlı YENİ XƏBƏR
24 May 2026, 02:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
588
30.10.2025, 12:05
Azərbaycanda icra başçısı postunda ən çox çalışan məmurlardan biri də Taleh Qaraşovdur.
Metbuat.az-ın məlumatına görə, 1959-cu ildə Kürdəmir rayonunun Pirəköçə kəndində anadan olan 66 yaşlı Qaraşovun icra strukturları ilə tanışlığı ötən əsrin sonlarına təsadüf edir. T.Qaraşov 1982-1983-cü illərdə Kürdəmir rayon partiya komitəsində təlimatçı, 1986-1991-ci illərdə şöbə müdiri, 1991-1996-cı illərdə isə Kürdəmir rayon icra hakimiyyəti başçısının müavini vəzifələrində çalışıb.
Ulduzu gənc yaşlarında parlayan T.Qaraşov mərhum prezident Heydər Əliyevin Sərəncamı ilə 1996-ci ildə Kürdəmir rayon icra hakimiyyətinin başçısı təyin olunub. 37 yaşında icra başçısı postuna sahib çıxan Qaraşov 6 il Kürdəmirə rəhbərlik edib.
T.Qaraşovun növbəti iş yeri Cəlilabad rayonu olub. O, 2002-2006-cı illərdə Cəlilabad rayon icra hakimiyyətinin başçısı vəzifəsini tutub. T.Qaraşov 4 il sonra qonşu rayona məsul vəzifəyə göndərilib. Onun Neftçala Rayon İcra Hakimiyyətinə rəhbərlik etdiyi dövr 2006-2011-ci illəri əhatə edir.
Qocaman icra başçısının əmək kitabçasında Astara rayonunun da adı var. Qaraşov 2011-2012-ci illərdə Astara rayon icra hakimiyyətinin başçısı vəzifəsində işləyib.
Taleh Qaraşov hazırda Lənkəran şəhər icra hakimiyyətinin başçısıdır. O, Prezident İlham Əliyevin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.
T.Qaraşov üçün növbəti “dayanacağının” hansı rayon olacağını isə zaman göstərəcək. Bioqrafiyasındakı ştrixlər göstərir ki, zaman həmişə onun xeyrinə işləyib...
02:00 / 24 May 2026
167
01:23 / 24 May 2026
219
01:14 / 24 May 2026
750
01:01 / 24 May 2026
261
00:58 / 24 May 2026
111
00:54 / 24 May 2026
503
00:51 / 24 May 2026
278
00:43 / 24 May 2026
464
00:41 / 24 May 2026
285
00:17 / 24 May 2026
442
00:03 / 24 May 2026
142
23:59 / 23 May 2026
348
23:59 / 23 May 2026
181
23:56 / 23 May 2026
287
23:50 / 23 May 2026
222
23:39 / 23 May 2026
484
23:36 / 23 May 2026
485
23:33 / 23 May 2026
135
23:25 / 23 May 2026
138
23:19 / 23 May 2026
126
23:17 / 23 May 2026
116
23:14 / 23 May 2026
275
23:11 / 23 May 2026
513
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.