Azərbaycanda zəlzələ OLDU
24 May 2026, 09:14
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
680
30.10.2025, 11:43
Bakıda fəaliyyət göstərən “German Hospital” yaxın günlərdə fəaliyyətini dayandıracaq.
Oxu24.com Bakupost.az-a istinadla xəbər verir ki, klinika sabiq Prezident Administrasiyasının rəhbəri, hazırda dövlət çevrilişinə cəhd və vətənə xəyanət ittihamları ilə istintaqa cəlb olunan Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə məxsusdur.
Məlumata görə, son aylar hospitalın fəaliyyəti ciddi şəkildə zəifləyib. Bəzi həkimlər və əməkdaşlar işdən çıxarılıb, bir neçə şöbə isə faktiki olaraq xidmət göstərmir.
Qeyd olunur ki, klinikanın adı son vaxtlar istintaqla əlaqədar materiallarda da hallanıb.
İlham Əliyevin biznes fəaliyyətinin araşdırıldığı, onunla bağlı maliyyə əməliyyatlarının yoxlanıldığı iddia edilir.
Bütün bunların fonunda “German Hospital”ın bağlanması qərarının siyasi və iqtisadi səbəblərlə bağlı olduğu ehtimal edilir.
Hospitalın rəsmi saytında (germanhospital.az) və sosial şəbəkə səhifələrində bağlanma ilə bağlı heç bir məlumat yerləşdirilməyib. Lakin artıq bəzi əlaqə nömrələrinin cavab vermədiyi, həkimlərin başqa klinikalara keçdiyi bildirilir.
Xatırladaq ki, “German Hospital” 2010-cu illərdə Bakı şəhərində fəaliyyətə başlayıb.
Klinika doğum, cərrahiyyə, LOR, qastroenterologiya və plastik-estetik xidmətlər üzrə tanınırdı.
İlham Əliyev uzun illər Azərbaycanda səhiyyə və tikinti biznesi ilə məşğul olmuşdu.
Onun adı həm də bir sıra kommersiya layihələrində, o cümlədən “German Hospital”ın təsis sənədlərində keçir.
09:14 / 24 May 2026
1
09:08 / 24 May 2026
16
09:04 / 24 May 2026
22
09:03 / 24 May 2026
21
08:55 / 24 May 2026
102
08:52 / 24 May 2026
59
08:47 / 24 May 2026
47
02:00 / 24 May 2026
196
01:23 / 24 May 2026
249
01:14 / 24 May 2026
927
01:01 / 24 May 2026
276
00:58 / 24 May 2026
116
00:54 / 24 May 2026
562
00:51 / 24 May 2026
319
00:43 / 24 May 2026
498
00:41 / 24 May 2026
312
00:17 / 24 May 2026
484
00:03 / 24 May 2026
153
23:59 / 23 May 2026
365
23:59 / 23 May 2026
188
23:56 / 23 May 2026
309
23:50 / 23 May 2026
229
23:39 / 23 May 2026
515
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.