İranda həlak olan konsulumuz kim idi? - DOSYE
24 May 2026, 09:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1496
29.10.2025, 16:39
Azərbaycan Milli Elmlər Akademiyasının İşlər idarəsinin sabiq müdiri, hazırda həmin qurumun Rəyasət Heyəti Aparatının Sosial xidmətlər şöbəsinin müdiri Məmmədov Elton Arzuman oğlunun Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilən cinayət işi üzrə açıqlaması yayılıb. Elton Məmmədov açıqlamasında istintaq orqanına çağırılmadığını, hər hansı qanun pozuntusuna yol vermədiyini qeyd edib və bu məzmunda mediada yayılan məlumatları yalan adlandırıb.
Baş Prokurorluqdan Oxu24.com-a bildirilib ki, AMEA-da baş verən qanunsuzluqlar barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla israf etmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ibtidai istintaqı davam etdirilən cinayət işi üzrə 3 milyon manat büdcə vəsaitinin əsassız olaraq xərclənməsinə şübhələr müəyyən edilib.
İstintaq tədbirləri nəticəsində əsassız olaraq xərclənmiş 3 milyon manat büdcə vəsaitinin Elton Məmmədov tərəfindən tam şəkildə dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Bununla yanaşı, mediada həqiqətə uyğun olmayan və cəmiyyətdə çaşqınlıq yaradan açıqlamalar yaydığına, həmçinin ibtidai istintaqın obyektivliyinə və ictimai etimada xələl gətirə biləcək hərəkətlərə görə Elton Məmmədov Baş Prokurorluğa dəvət olunub, ona qanunvericiliyin tələbləri izah edilməklə rəsmi xəbərdarlıq edilib.
Xatırladaq ki,Elton Məmmədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.Onun adı son günlər Ramiz Mehdiyevin komandasında yer alan şəxslər siyahısında hallanır.
Həmçinin oxuyun
10:25 / 24 May 2026
1
09:55 / 24 May 2026
93
09:38 / 24 May 2026
66
09:35 / 24 May 2026
158
09:27 / 24 May 2026
76
09:14 / 24 May 2026
199
09:08 / 24 May 2026
61
09:04 / 24 May 2026
74
09:03 / 24 May 2026
61
08:55 / 24 May 2026
256
08:52 / 24 May 2026
125
08:47 / 24 May 2026
66
02:00 / 24 May 2026
228
01:23 / 24 May 2026
290
01:14 / 24 May 2026
1196
01:01 / 24 May 2026
296
00:58 / 24 May 2026
124
00:54 / 24 May 2026
627
00:51 / 24 May 2026
371
00:43 / 24 May 2026
529
00:41 / 24 May 2026
349
00:17 / 24 May 2026
903
00:03 / 24 May 2026
162
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.