Bakı-Tbilisi-Bakı qatarında pulsuz baqaj limiti AÇIQLANDI
24 May 2026, 11:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1665
29.10.2025, 12:47
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 2020–2023-cü illərdə baş verən qanun pozuntuları ilə bağlı aparılan cinayət işində maraqlı faktlar üzə çıxıb.
Oxu24.com xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi özəl məlumata görə, hazırda ev dustaqlığında saxlanılan Ramiz Mehdiyevin AMEA-ya rəhbərlik etdiyi dövrdə olan yeyinti halları ilə əlaqədar sabiq deputat Elton Məmmədov da istintaqa cəlb edilibmiş.
Belə ki, prokurorluq tərəfindən onun barəsində cinayət təqibi aparılır.
E. Məmmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır. Ramiz Mehdiyev AMEA-ya prezident təyin olunduqdan sonra sadiq adamı kimi onu “Yüksək Texnologiyalar Parkı”nın direktoru vəzifəsinə gətirmişdi. Sonradan isə E.Məmmədov Akademiyanın işlər idarəsinin müdiri vəzifəsində çalışıb.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla müəyyən edilib ki, Elton Məmmədov işlədiyi dövr ərzində 3 milyon manata yaxın pul mənimsəyib. Maliyyə pozuntularını təsdiq edən sənədlər və digər sübutlar iş materiallarına əlavə edilib. Keçmiş məmur müxtəlif epizodlar üzrə dəfələrlə prokurorluqda ifadə verib.
Amma sabiq deputat istintaq zamanı dövlətə dəymiş ziyanı ödəməyə razılaşıb. O, mənimsədiyi milyonlarla vəsaiti büdcəyə geri qaytarıb. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir. Elton Məmmədovun araşdırması davam edən digər epizodlarda da adının keçə biləcəyi istisna edilmir.
Qeyd edək ki, bu yaxınlarda baş prokuror Kamran Əliyev jurnalistlərin mövzu ilə bağlı suallarını cavablandırıb. Baş prokuror deyib ki, AMEA-da qeydə alınmış qanun pozuntuları üzrə hərtərəfli araşdırma aparılıb. Bəzi epizodlar üzrə ibtidai istintaq tamamlanaraq məhkəməyə göndərilib, qalan epizodlar üzrə isə istintaq davam etdirilir.
11:05 / 24 May 2026
1
11:03 / 24 May 2026
12
11:00 / 24 May 2026
18
10:32 / 24 May 2026
242
10:25 / 24 May 2026
70
09:55 / 24 May 2026
171
09:38 / 24 May 2026
81
09:35 / 24 May 2026
219
09:27 / 24 May 2026
84
09:14 / 24 May 2026
237
09:08 / 24 May 2026
68
09:04 / 24 May 2026
87
09:03 / 24 May 2026
127
08:55 / 24 May 2026
299
08:52 / 24 May 2026
148
08:47 / 24 May 2026
74
02:00 / 24 May 2026
236
01:23 / 24 May 2026
342
01:14 / 24 May 2026
1298
01:01 / 24 May 2026
301
00:58 / 24 May 2026
128
00:54 / 24 May 2026
654
00:51 / 24 May 2026
376
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.