Bakı-Tbilisi-Bakı qatarında pulsuz baqaj limiti AÇIQLANDI
24 May 2026, 11:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
522
29.10.2025, 12:19
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə Qax rayonunda Axar-Baxar Milli Parkının açılış mərasimi keçirilib.
Oxu24.com xəbər verir ki, açılış mərasimi çərçivəsində ağacəkmə aksiyası təşkil olunub. Ərazidə iqlim və torpaq şəraitinə uyğun hesab olunan Eldar şamı, qara şam, adi şam, zeytun, daş palıdı, Arizona sərvi və piramidal sərv ağacları əkilib. Leyla Əliyeva və Arzu Əliyeva həmçinin Milli Parkın ərazisi və təbiəti ilə yaxından tanış olublar.
Eyni zamanda, ekosistemdə balansın bərpası və biomüxtəlifliyin qorunmasına dəstək məqsədilə Acınohur çölü ərazisində 10 ceyran, 2 çöl pişiyi (qamışlıq və meşə pişiyi) və 4 vəhşi quş, o cümlədən 2 bərqud, 1 bozqır qartalı və 1 ağbaş kərkəs təbii mühitə buraxılıb.
Açılış mərasimi çərçivəsində Leyla Əliyeva və Arzu Əliyeva həmçinin Əyriçaya 20 min balığın buraxılmasında iştirak ediblər. Buraxılan balıqların 5 mini forel, 15 mini isə sazan növünə aiddir.
Qeyd edək ki, Axar-Baxar Milli Parkı Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci il 14 iyul tarixli müvafiq Sərəncamı ilə yaradılıb. Yeni Milli Park xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsini, biomüxtəlifliyin qorunub saxlanılmasını, ətraf mühitin dayanıqlı idarə olunması ilə yanaşı, sosial-iqtisadi imkanların artırılmasını, yerli icmaların ekoloji təşəbbüslərə inteqrasiyasını və regionlarda ekoturizmin inkişafını təmin etmək məqsədilə yaradılıb.




11:05 / 24 May 2026
1
11:03 / 24 May 2026
12
11:00 / 24 May 2026
18
10:32 / 24 May 2026
242
10:25 / 24 May 2026
70
09:55 / 24 May 2026
171
09:38 / 24 May 2026
81
09:35 / 24 May 2026
219
09:27 / 24 May 2026
84
09:14 / 24 May 2026
237
09:08 / 24 May 2026
68
09:04 / 24 May 2026
87
09:03 / 24 May 2026
127
08:55 / 24 May 2026
299
08:52 / 24 May 2026
148
08:47 / 24 May 2026
74
02:00 / 24 May 2026
236
01:23 / 24 May 2026
342
01:14 / 24 May 2026
1298
01:01 / 24 May 2026
301
00:58 / 24 May 2026
128
00:54 / 24 May 2026
654
00:51 / 24 May 2026
376
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.