Bu rayonlara dolu düşdü – Faktiki hava
24 May 2026, 13:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2439
28.10.2025, 23:41
İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun üçüncü oğlu Mehralı Səmədov da vəzifəsindən uzaqlaşdırılıb.
Oxu24.com xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq əmr imzalanıb.
O, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyindəki şöbə rəisi vəzifəsindən azad edilib. M.Səmədovun qardaşlarından biri Penitensiar Xidmətinin 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi, digəri İmişli Rayon İcra Hakimiyyəti başçısının Yeni Bəhramtəpə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini idi. Bundan əvvəl onlar da işdən çıxarılıblar.
Həmçinin bir neçə gün öncə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi general-mayor İlqar Abbasov da vəzifəsindən azad edilib. Araşdırma nəticəsində generalın da Saleh Səmədovla əlaqəsi olduğu, ona qurumun yaradılmasının 30 illiyinə həsr edilmiş medalla təltif etdiyi üzə çıxıb.
Qeyd edək ki, Saleh Səmədov Faşizm üzərində Qələbə Günü-9 mayda keçirilən tədbirdə SSRİ bayrağı altında sinəsində rus imperiyasının rəmzi sayılan “Georgi lenti” ilə çıxış etmişdi. O, sonradan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən mənimsəmə ittihamı ilə həbs edilib. Hazırda iş üzrə ibtidai istintaq aparılır.
Qeyd edək ki, Oxu24.com bundan öncə işdən azad edilən Toğrul Səmədovun yerinə kimin təyin olunduğunu yazmışdı.
13:06 / 24 May 2026
7
12:47 / 24 May 2026
16
12:22 / 24 May 2026
129
11:57 / 24 May 2026
146
11:40 / 24 May 2026
164
11:05 / 24 May 2026
99
11:03 / 24 May 2026
84
11:00 / 24 May 2026
94
10:32 / 24 May 2026
679
10:25 / 24 May 2026
95
09:55 / 24 May 2026
222
09:38 / 24 May 2026
107
09:35 / 24 May 2026
371
09:27 / 24 May 2026
103
09:14 / 24 May 2026
304
09:08 / 24 May 2026
82
09:04 / 24 May 2026
105
09:03 / 24 May 2026
193
08:55 / 24 May 2026
372
08:52 / 24 May 2026
290
08:47 / 24 May 2026
99
02:00 / 24 May 2026
267
01:23 / 24 May 2026
418
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.