Güclü yağış və qar yağacaq — XƏBƏRDARLIQ
24 May 2026, 14:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3264
28.10.2025, 12:00
Son günlər partiyasındakı qalmaqalla gündəmə gələn Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı yeni faktla medianın gündəminə düşür.
Oxu24.com saytının özəl mənbədən əldə etdiyi məlumata görə, keçmiş deputatın hər kəsdən gizlətdiyi bir oğlu da var imiş.
Əldə etdiyimiz məlumata görə,həmin şəxs 1987-ci il təvəllüdlü Ağamalıyev İlqar Fəzail oğludur.Ailədə onu daha çox Oleq kimi çağırdıqları üçün bu adla daha çox tanınıb.
Almaniyadakı mənbənin Oxu24.com-a verdiyi məlumata görə,İlqarın anası rus əsilli qadındır. Onlar 80-ci illərin sonunda Bakı şəhərində tanış olublar. Bu münasibətdən bir oğlan övladı dünyaya gəlib.
Fəzail Ağamalının rəsmi nikahda olan həyat yoldaşı bu məsələni bildikdən sonra ailədə ciddi problemlər yaşanıb. Bu səbəbdən də F.Ağamalı oğlunu və qeyri-rəsmi münasibətdə olduğu qadını Bakıdan çıxarmağa məcbur olub. O, uşağı və qadını Rusiyanın Sank-Peterburq şəhərinə göndərib.
CityPost.az saytının yazdığına görə,ana və övlad uzun müddət orada yaşadıqdan sonra İlqarın təhsil alması məqsədi ilə Almaniyaya köçüblər.Son illər orada yaşayırlar.
Mənbənin verdiyi məlumata görə,İlqar (Oleq) yay aylarında Bakıya istirahətə gəlir.Bu zaman onun atası ilə də görüşdüyü bildirilir.İlqar Ağamalıyev hazırda biznes fəaliyyəti ilə məşğuldur.
Oxu24.com məsələ ilə bağlı Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı danışıb.O,faktı təsdiqləyib.Bunu “cavanlıq səhvi” adlandırıb.
“Hər kəsin gənclikdə səhvləri ola bilər.Cavanlıqda çoxunun həyatında belə şeylər olur.Mən niyə danmalıyam ki?Cinayət deyil ki?Hər kəsin şəxsi həyatı ola bilər...Bəli,belə bir romanım olub.Bu gün İlqar və anası ilə əlaqəm yoxdur.Onlar öz həyatlarını yaşayırlar. Lazım olan vaxtlarda köməkliyimi göstərmişəm.Bu məsələ ilə bağlı məni ancaq həyat yoldaşım günahlandıra bilər.Ona da zamanında səhv etdiyimi demişəm.Ondan da bu səhvə görə,üzr istədim.Vəssalam...Bunun heç kimə dəxli yoxdur.Həyatdır,bir neçə dəfə evlənmək olar. Tramp üç dəfə evlənib...Burda qəribə nə varki?”,-deyə Fəzail Ağamalı bildirib.
Miri Məcidli
14:57 / 24 May 2026
21
14:47 / 24 May 2026
22
14:43 / 24 May 2026
94
14:36 / 24 May 2026
84
14:30 / 24 May 2026
154
14:23 / 24 May 2026
71
14:18 / 24 May 2026
59
14:08 / 24 May 2026
53
14:06 / 24 May 2026
782
14:03 / 24 May 2026
60
13:38 / 24 May 2026
89
13:06 / 24 May 2026
89
12:47 / 24 May 2026
82
12:22 / 24 May 2026
196
11:57 / 24 May 2026
192
11:40 / 24 May 2026
196
11:05 / 24 May 2026
121
11:03 / 24 May 2026
100
11:00 / 24 May 2026
113
10:32 / 24 May 2026
1183
10:25 / 24 May 2026
107
09:55 / 24 May 2026
283
09:38 / 24 May 2026
159
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.