Güclü yağış və qar yağacaq — XƏBƏRDARLIQ
24 May 2026, 14:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
7605
28.10.2025, 09:40
Vyetnamın paytaxtı Hanoy şəhərində 25-26 oktyabr tarixində Birləşmiş Millətlər Təşkilatının (BMT) "Kibercinayətkarlığa qarşı" Konvensiyasının dövlətlər tərəfindən təntənəli imzalanma mərasimi keçirilib.
Oxu24.com xəbər verir ki, tədbirdə BMT-nin Baş katibi Antonio Quterreş, Vyetnamın Prezidenti Lıonq Kıonq, ayrı-ayrı dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri, beynəlxalq təşkilatların təmsilçiləri və ekspertlər iştirak ediblər.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Konvensiyanı Azərbaycan Respublikası adından Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev imzalayıb.
Azərbaycanın Konvensiyanı ilk imzalamış ölkələrdən biri olması Ali Baş Komandanın rəhbərliyi ilə Respublikamızın kibercinayətkarlıqla mübarizə sahəsində beynəlxalq əməkdaşlığa və qlobal kibermühitin təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfənin göstəricisidir.
Beynəlxalq sənəddə kibercinayətkarlıqla mübarizədə dövlətlər arasında hüquqi əməkdaşlığın təmin edilməsi, informasiya-kommunikasiya texnologiyalarından sui-istifadənin qarşısının alınması, elektron sübutların toplanması və təqdim edilməsi mexanizmlərinin beynəlxalq səviyyədə tənzimlənməsi əsas məqsədlər kimi qeyd olunub.
Konvensiya 2025-ci ilin 25-26 oktyabr tarixlərində ümumilikdə 72 ölkə tərəfindən imzalanıb.
14:57 / 24 May 2026
21
14:47 / 24 May 2026
22
14:43 / 24 May 2026
94
14:36 / 24 May 2026
84
14:30 / 24 May 2026
154
14:23 / 24 May 2026
71
14:18 / 24 May 2026
59
14:08 / 24 May 2026
53
14:06 / 24 May 2026
782
14:03 / 24 May 2026
60
13:38 / 24 May 2026
89
13:06 / 24 May 2026
89
12:47 / 24 May 2026
82
12:22 / 24 May 2026
196
11:57 / 24 May 2026
192
11:40 / 24 May 2026
196
11:05 / 24 May 2026
121
11:03 / 24 May 2026
100
11:00 / 24 May 2026
113
10:32 / 24 May 2026
1183
10:25 / 24 May 2026
107
09:55 / 24 May 2026
283
09:38 / 24 May 2026
159
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.