Güclü yağış və qar yağacaq — XƏBƏRDARLIQ
24 May 2026, 14:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1677
27.10.2025, 21:44
Ramiz Mehdiyev mövzusu mətbuatın əsas gündəmi olaraq qalır.
Medianın hər gün yeni informasiya təqdim etdiyi bir vaxtda siyasi şərhçi Heydər Oğuz Ramiz Mehdiyevə şeir həsr edib.
Oxu24.com "Cənab kardinal" adlı həmin şeiri təqdim edir:
Vaxt-getmək vaxtıdır, haydı, xoşca qal...
Boş yerə zamanı itirmədən get!
Bu son fürsətini, cənab kardinal,
Taleyin hökmünə ötürmədən get!
Get, artıq millətin qurtarsın canı,
Ağ gün salamlasın Azərbaycanı,
Çoxdan getməyinin gəlib zamanı,
Özünü tamamən bitirmədən get!
Bar verməz dincini itirən zəmi,
Əkənə bəxş edər boş yerə qəmi,
Bəşər Əsəd kimi, Qəzzafi kimi,
Millətə bir zərər yetirmədən get!
Əldə çox tutulan od əli yaxar,
Ləkədən arınar, o su ki axar,
Bir yerdə çox qalsa su belə qoxar,
Üfunət aləmi götürmədən get!
Səbrinin sonu var vətəndaşın da,
Hətta torpağın da, cansız daşın da,
Bu Yurd dikilmədən sənin qarşında,
Milləti günaha batırmadan get!
Heydərin sözünü atma yabana,
Umma ki, fələyin hökmü yubana,
Yurda acımırsan, acı yuvana,
Kimsəyə bir bəla gətirmədən get!
16:00 / 24 May 2026
3
14:57 / 24 May 2026
79
14:47 / 24 May 2026
132
14:43 / 24 May 2026
247
14:36 / 24 May 2026
100
14:30 / 24 May 2026
230
14:23 / 24 May 2026
89
14:18 / 24 May 2026
69
14:08 / 24 May 2026
67
14:06 / 24 May 2026
1299
14:03 / 24 May 2026
72
13:38 / 24 May 2026
97
13:06 / 24 May 2026
95
12:47 / 24 May 2026
92
12:22 / 24 May 2026
212
11:57 / 24 May 2026
202
11:40 / 24 May 2026
203
11:05 / 24 May 2026
133
11:03 / 24 May 2026
103
11:00 / 24 May 2026
120
10:32 / 24 May 2026
1431
10:25 / 24 May 2026
111
09:55 / 24 May 2026
304
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.