Ürək xəstəliklərinin qarşısını alan balıq hansıdır?
24 May 2026, 16:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1944
27.10.2025, 14:53
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlətə xəyanət ittihamı ilə ev həbsinə qapadılmasından sonra illərdir gizli qalan bir sıra maraqlı məqamlar üzə çıxır.
“Baku Oksford Məktəbi”nin əsl təsisçisi Nailə Rzayevanın Teleqraf-a müsahibəsində bir ad xüsusi diqqət çəkmişdi - Çanturiya Nazı Qeorgiyevna.
Nailə Rzayeva müsahibəsində bildirmişdi ki, sözügedən məktəb məhz PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin göstərişi ilə “Baku Steel Company”nin hazırda həbsdə olan sabiq rəhbəri Rasim Məmmədovun təzyiqi nəticəsində Rzayevalar ailəsindən alınıb, heç bir ödəniş edilmədən öz adlarına keçirilib. Bu zaman Nazı Çanturiya 50 faizdən çox paya sahib olub.
Bəs, adıçəkilən, barəsində indiyədək mətbuatda heç bir məlumat olmayan Nazi Çanturiya - Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın bacısı Nazı Çanturiya kimdir?
Oxu24.com xəbər verir ki, Teleqraf Nazı Çanturiyanın kimliyi haqqında araşdırma aparıb və bəzi maraqlı məqamları üzə çıxarıb.
Qeyd: Oxu24.com bundan öncə Ramiz Mehdiyevin qayınanasının məzarından görüntüləri yaymışdı.
Əldə etdiyimiz məlumata görə, N.Çanturiya 28 avqust 1949-cu ildə Gürcüstanın Sxakaya rayonun Medje kəndində anadan olub. 1956-cı ildə ailəsi ilə Sxumiyə köçüb. Orada Ş.Rustavelli adına 1 nömrəli ümumi təhsil məkbətinə qəbul olub. 1968-ci ildə V.Saraşvili adına Tbilisi Dövlət Konservatoriyasının fortopiano sinfinə qəbul olub və qiyabi təhsil alıb.
Həmin ildə o, Sxumidə musiqi kollecində konsertmeyster işinə başlayıb. 1993-cü ilə qədər müəllim kimi çalışıb.1973-cü ildə isə Azərbaycan Dövlət Konservatoriyasında konsertmeyster kvalifikasiysası üzrə kursu bitirib.
1976-cı ildə o, Qurskoy Yuriy Yuryeviçlə ailə həyatı qurub. Bu izdivacdan bir il sonra onların oğlu Levon dünyaya gəlib. Levon Qurskoy uzun müddət Azərbaycanda hüquq-mühafizə orqanlarında çalışıb. Onun sonuncu vəzifəsi Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəis müavini olub. 2022-ci il fevral ayında isə Levon Qurskoy vəzifəsindən azad edilərək sərəncama götürülüb.
Nazı Çanturiya 1992-ci ildə Abxaziyada müharibə başlayandan sonra Bakıya qohumlarının yanına gəlib. 1993-cü ildə Qara Qarayev adına musiqi məktəbində işləyib.
Onun son iş yeri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası olub. 1996-cı ildə işə başlayan Nazı Çanturiya 3 il sonra baş müəllim, 2008-ci ildə isə dosent olub. 2011-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülən Ramiz Mehdiyevin baldızı, 2013-cü ilin sentyabrın 11-də işdən çıxıb.
O, bu müddət ərzində Konsertmeyster ustalığı kafedrasında çalışıb. Nazı Çanturiya 2 il əvvələ qədər Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qurtqaşınlı küçəsində yerləşən evdə rəsmi qeydiyyatda olub.
Qeyd edək ki, rəsmi sənədlərdə Nazı Çanturiyanın milliyyəti gürcü olduğu qeyd edilib.
16:59 / 24 May 2026
1
16:49 / 24 May 2026
32
16:40 / 24 May 2026
137
16:00 / 24 May 2026
75
14:57 / 24 May 2026
91
14:47 / 24 May 2026
147
14:43 / 24 May 2026
321
14:36 / 24 May 2026
115
14:30 / 24 May 2026
283
14:23 / 24 May 2026
113
14:18 / 24 May 2026
79
14:08 / 24 May 2026
82
14:06 / 24 May 2026
1659
14:03 / 24 May 2026
83
13:38 / 24 May 2026
106
13:06 / 24 May 2026
104
12:47 / 24 May 2026
103
12:22 / 24 May 2026
225
11:57 / 24 May 2026
223
11:40 / 24 May 2026
209
11:05 / 24 May 2026
142
11:03 / 24 May 2026
112
11:00 / 24 May 2026
133
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.