Günay Ağamalı mandatdan məhrum oluna bilər?
24 May 2026, 17:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
5274
27.10.2025, 13:24
İmişli Rayon Ağsaqqallar Şurasının sabiq sədri Saleh Səmədovun ikinci oğlunun da vəzifəsindən uzaqlaşdırılması barədə məlumat vermişdik. Beş ay əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən mənimsəmə ittihamı ilə həbs edilən Saleh Səmədovun oğlu işdən niyə çıxarılıb?
Oxu24.com məsələ ilə bağlı özəl məlumatlar əldə edib.Məsələdən bilgili olan mənbənin saytımıza verdiyi məlumata görə, Şabranda yerləşən 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi Toğrul Səmədovla bağlı qərarı şəxsən ədliyyə naziri Fərid Əhmədov özü verib.
Məlumata görə,ədliyyə naziri Fərid Əhmədov cəzaçəkmə müəssisələrinə baş çəkən zaman qarşılaşdığı mənzərədən sonra bu addımı atıb. Belə ki, Toğrul Səmədov iş yerində özü üçün xüsusi dəbdəbəli malikanə yaradıbmış.Tikintidə xüsusu ilə bahalı materiallardan istifadə olunduğu deyilir.
“Toğrul Səmədovun otağındakı mebellər xaricdən,baha qiymətə alınmışdı.O,buraya xeyli miqdarda pul xərcləmişdi...”,deyə mənbə bildirib.
Mənbənin verdiyi məlumata görə,ədliyyə naziri Fərid Əhmədov bu mənzərəni gördükdən sonra Toğrul Səmədovun fəaliyyətini yoxlamağa tapşırıq verib.Yoxlamalar nəticəsində rəisin işində ciddi nöqsanlar aşkarlanıb. Bununla da Saleh Səmədovun ikinci oğlu da rəis vəzifəsini itirib.Mənbənin verdiyi digər məlumata görə,Toğrul Səmədəv Ədliyyə sistemindən də xaric olunub.
"Onu sərəncama götürməyiblər,ümumiyyətlə Ədliyyə sistemindən xaric ediblər",-deyə mənbə bildirib.
Mənbə onu da qeyd edib ki, Toğrul Səmədəov cəzaçəkmə müəssisəni şəxsi obyekti kimi idərə edirmiş.Məlumata görə,cəzaçəkmə müəssisəsinin həyətində Toğrul Səmədov arpa əkdiribmiş.Bu məqsədlə O,55 ton arpa da alıbmış...
Qeyd edək ki,Saleh Səmədovun digər oğlu Kamran Səmədov bir müddət əvvəl İmişli Rayon İcra Hakimiyyəti başçısının Yeni Bəhramtəpə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsini itirmişdi.
Miri Məcidli
17:50 / 24 May 2026
1
17:17 / 24 May 2026
64
17:09 / 24 May 2026
75
16:49 / 24 May 2026
70
16:40 / 24 May 2026
247
16:00 / 24 May 2026
86
14:57 / 24 May 2026
99
14:47 / 24 May 2026
155
14:43 / 24 May 2026
375
14:36 / 24 May 2026
125
14:30 / 24 May 2026
324
14:23 / 24 May 2026
123
14:18 / 24 May 2026
86
14:08 / 24 May 2026
90
14:06 / 24 May 2026
1863
14:03 / 24 May 2026
93
13:38 / 24 May 2026
116
13:06 / 24 May 2026
116
12:47 / 24 May 2026
110
12:22 / 24 May 2026
234
11:57 / 24 May 2026
236
11:40 / 24 May 2026
216
11:05 / 24 May 2026
147
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.