Pensiya ilə bağlı VACİB XƏBƏR
25 Dekabr 2025, 23:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
6051
26.10.2025, 22:04
Azərbaycanda 2019-cu ildən qüvvədə olan gəlir vergisi üzrə güzəşt müddəti 2026-cı il yanvarın 1-də başa çatacaq. Bu tarixdən etibarən qeyri-neft-qaz və özəl sektorda çalışanlar gəlirlərindən vergi ödəməyə başlayacaqlar.
Bəs görəsən kimlər növbəti ildən gəlir vergisindən azad olunacaq? Yaxud da kimlərə vergi güzəştləri tətbiq ediləcək?
Məsələ ilə əlaqədar Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov BAKU.WS-in suallarını cavablandırıb.
Deputat bildirib ki, mövcud 7 illik güzəşt dövrünün başa çatması ilə gəlir vergisinin mərhələli şəkildə tətbiqi nəzərdə tutulur:
"Güzəşt 7 illik müəyyənləşdirilmişdi və biz də Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin ilk iclasında təklif etdiyimiz məqamlardan biri yeni sistemə - gəlir vergisinin tətbiqinə mərhələli küçidlə bağlı idi. Praktik olaraq son məlumatlar da göstərir ki, növbəti ildən etibarən mərhələli şəkildə gəlir vergisi tətbiq olunacaq. Nəzərə alsaq ki, orta aylıq əməkhaqqı 1000 manatdır və növbəti ildən etibarən 2500 manatadək olan əməkhaqqı 3% vergiyə cəlb olunacaq".
Həmçinin oxuyun
Vüqar Bayramovun sözlərinə görə, əsas məqsəd biznesin yeni vergi sisteminə tədricən uyğunlaşmasını təmin etməkdir:
"Burda məqsəd ondan ibarətdir ki məhz biznes vergilərin yenidən tətbiqinə hazır ola bilsin. Təbii ki vergi yükü artanda adətən bir sıra biznes subyektləri daha çox gizli iqtisadiyyata üstünlük verə bilərlər. Bu zaman da nəzarətin gücləndirilməsinə ehtiyac var. Hər halda 2026-cı ildə tətbiq edilən 3% vergi ödənişi olsa belə rəqəm olaraq böyük rəqəm deyil. 2026-cı ildə özəl sektorun növbəti illərdə 5 və daha artıq faizə hazır olması çox vacibdir. Bu baxımdan məqsəd ondan ibarət olmalıdır ki, xüsusən də əmək bazarında mövcud leqallaşma prosesi davam etsin. Şirkətlər yenidən əmək müqavilələri bağlamamağa maraqlı olmasınlar. Əmək müqavilələrində məbləği az göstərməkdə maraqlı olmasınlar".
Deputat əlavə edib ki, 2027-ci ildən etibarən gəlir vergisinin dərəcələrinin artması gözlənilir. Onun fikrincə, məqsəd əmək bazarında leqallaşma prosesinin davamlılığını qorumaqdır:
"Nəzərə alsaq ki, 2500 manatdan yüksək əməkhaqqı alan vətəndaşlarımızın sayı 2500 manatadək əməkhaqqı alanların sayı ilə müqayisədə xeyli azdır. Ona görə də burda artıq rəqəmlərin aşağı göstərilməsi deyil, daha çox əmək müqavilələrinin bağlanmaması riski ola bilər. Təbii ki nəzarətlə belə halları aradan qaldırmaq mümkündür. Xüsusən qeyd etmək lazımdır ki 2026-cı ildə müəyyənləşmiş məbləğ kiçik məbləğ olduğuna görə biznesin praktik olaraq buna adaptasiyası mümkün ola bilər. Sözsüz ki biznes növbəti dövrlərdə də artan faizlərə hazır olmalıdır. Çünki 2027-ci ildən başlayaraq bu verginin miqdarı artacaq".
Millət vəkili həmçinin qeyd edib ki, 2023-cü ilin 1 yanvarından şəhid ailələrinə vergi güzəştləri qüvvədədir və bu, Vergi Məcəlləsinin 102.1-1-ci maddəsi ilə tənzimlənir.
"Eyni zamanda gəlir vergisindən azad edilən digər vətəndaş qrupları da (red: hədiyyə, maddi yardım və miras vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda, onun tam dəyəri kimi hal və s.) mövcuddur. Vergi güzəştləri ilə bağlı hər hansı dəyişiklik planlaşdırılmır," - deputat vurğulayıb.
00:04 / 26 Dekabr 2025
1
23:58 / 25 Dekabr 2025
23
23:54 / 25 Dekabr 2025
13
23:41 / 25 Dekabr 2025
18
23:34 / 25 Dekabr 2025
22
23:26 / 25 Dekabr 2025
38
23:14 / 25 Dekabr 2025
94
23:06 / 25 Dekabr 2025
25
23:01 / 25 Dekabr 2025
29
22:43 / 25 Dekabr 2025
781
22:33 / 25 Dekabr 2025
34
22:30 / 25 Dekabr 2025
295
22:21 / 25 Dekabr 2025
48
22:11 / 25 Dekabr 2025
42
22:08 / 25 Dekabr 2025
246
21:39 / 25 Dekabr 2025
48
21:23 / 25 Dekabr 2025
181
20:00 / 25 Dekabr 2025
447
19:53 / 25 Dekabr 2025
75
19:37 / 25 Dekabr 2025
835
19:31 / 25 Dekabr 2025
1608
19:24 / 25 Dekabr 2025
153
19:06 / 25 Dekabr 2025
1381
19:04 / 25 Dekabr 2025
123
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.