16 ildir rayona rəhbərlik edən 80 yaşlı icra başçısı - FOTO
15 Yanvar 2026, 11:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
4053
26.10.2025, 14:59
Jurnalist, siyasi şərhçi Heydər Oğuz Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı maraqlı iddia irəli sürüb. O, sosial şəbəkə hesabında bu mövzuda paylaşım edib.
Oxu24.com jurnalistin yazısını təqdim edir:
“Naxçıvan ağsaqqalları mənimlə söhbətləri zamanı israrla bildirirdilər ki, Ramiz Mehdiyevin anası onu Naxçıvana qucağında gətirib. Bununla da sanki Ramiz “Ənvəroviç”in qeyri-məşru evlilikdən törəmiş uşaq olduğuna eyham vururdular. Hətta açıq şəkildə deyirdilər ki, qonşuluqda bu barədə dedi-qodular da yayılmışdı. Nə qədər Ramiz Mehdiyevə böyük məhəbbətim olmasa da, açığını desəm, bu iddialara inanmırdım. Sanki içimdə bir hiss yaranmışdı ki, Ramiz Mehdiyevin anasının qucağında Naxçıvan şəhərinə gəlməsində bir sirri-Xuda var. Amma bu sirri-Xuda nə idi?
Bu yaxınlarda Ramiz Mehdiyevin adını açıqlamaq istəmədiyim həmkəndlisi ilə söhbətim zamanı bu mövzunu ondan soruşdum. Adam mənə çox ciddi və inandırıcı məlumatlar verdi. Bildirdiyinə görə, Ramiz Mehdiyev bir çox bioqrafik məlumatlarında yazıldığı kimi, heç də Bakıda dünyaya gəlməyib. Şərur rayonunun Qarxun kəndində anadan olub. Qardaşı uşaqları bu gün belə, o kənddə yaşayır. Onun barəsində bu cür şayiələrin yayılması isə səbəbsiz deyilmiş. İddialara inansaq, 1938-ci ilin aprel ayında anadan olan Ramiz Mehdiyevin atası Ənvər kişi bir ildən sonra səfərbərliyə alınaraq yenicə başlamış Finlandiya-SSRİ müharibəsinə göndərilir. Hansısa səbəbdən ondan uzun illər xəbər alınmır. Yoldaşı bu səbəbdən övladını qucağına alıb başqa yerlərə köçür və oralarda məskunlaşır.
Həmçinin oxuyun
Ənvər kişi uzun illərdən sonra vətənə qayıdandan sonra da problemləri bitmir. Sovet hakimiyyəti onun müharibə dövründə düşmənə satıldığından şübhələnirmiş və bu səbəbdən bütün qohum-əqrəbaları qorxularından Ənvər kişi ilə bütün əlaqələrini kəsir. Hətta Ramiz Mehdiyevin özünün də sovet hakimiyyətinin ağır dövrlərində atası barədə danışmaqdan xoşlanmır. Hakimiyyət pillələrində yüksələ bilsin deyə, bir növ ondan imtina edir. (Yeri gəlmişkən, haşiyəyə çıxaraq bildirmək istərdim ki, Ramiz Mehdiyev kadr seçimində də özü kimi atasından imtina edənlərlə işləməyə üstünlük verirdi. Təsadüfi deyil ki, Ramiz “Ənvəroviç”in ən yaxın silahdaşı da (kimdən söhbət getdiyini bildiyiniz üçün özümə əziyyət verib adını çəkmirəm) atasından imtina etmişdi). Beləcə, özü və əsli-kökü barədə şaiyələrin yayılmasına şərait yaradır.
Naxçıvan şəhərində yaşadığı zamanlar anası ağır xəstəlik keçirir və qısa müddətdən sonra həyatla vidalaşır. Uşaq yaşda yetim qalan Ramiz Mehdiyevin internat məktəblərindən birində yetişdirildiyi iddia olunur. Beləcə, valideynlərinin ikisini də müxtəlif səbəblərdən itirən Ramiz Mehdiyevin təlim-tərbiyəsi tamamilə sovet rejiminin ümidinə qalır.
Qısası, ot kökü üstə bitər, Ramiz Mehdiyevin atası da özü kimi vətənə xəyanətdə şübhəli bilinirmiş”
11:00 / 15 Yanvar 2026
3
10:52 / 15 Yanvar 2026
61
10:39 / 15 Yanvar 2026
104
10:38 / 15 Yanvar 2026
35
10:36 / 15 Yanvar 2026
41
10:34 / 15 Yanvar 2026
46
10:11 / 15 Yanvar 2026
210
09:48 / 15 Yanvar 2026
113
09:43 / 15 Yanvar 2026
106
09:40 / 15 Yanvar 2026
73
09:38 / 15 Yanvar 2026
105
09:25 / 15 Yanvar 2026
108
09:11 / 15 Yanvar 2026
145
08:52 / 15 Yanvar 2026
815
08:36 / 15 Yanvar 2026
60
01:51 / 15 Yanvar 2026
315
00:59 / 15 Yanvar 2026
151
23:58 / 14 Yanvar 2026
149
23:54 / 14 Yanvar 2026
206
23:39 / 14 Yanvar 2026
180
23:35 / 14 Yanvar 2026
135
23:30 / 14 Yanvar 2026
240
23:23 / 14 Yanvar 2026
119
23:18 / 14 Yanvar 2026
527
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.