Xalq artisti ilə bağlı ÜZÜCÜ XƏBƏR
05 Dekabr 2025, 13:48
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
38219
26.10.2025, 10:13
Elm və təhsil naziri Emin Əmrullayevin başının üzərində “qara buludlar” dolaşır. Onun yaxın iki ay ərzində karyerası ilə vidalaşacağı iddia olunur. Elm və təhsil nazirliyindəki səs-küylü istefaların da bununla bağlı olduğu bildirilir.
Oxu24.com mia.az-a istinadla xəbər verir ki, Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov bu il oktyabr ayının 1-də öz ərizəsi ilə vəzifəsindən azad olunub.

Elə həmin gün Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov da könüllü şəkildə işdən çıxıb.
Son günlər isə Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) rəhbəri Eşqi Bağırovun məcburi məzuniyyətə göndərildiyi barədə məlumat yayılıb. Bağırovun Bakının rayonlarından birinə icra başçısı təyin ediləcəyi gözlənilir.
Bu mövzuda sensasiya sayılacaq məlumatlar var.
Həmçinin oxuyun
Hakimiyyətdəki çox mötəbər mənbələrdən biri mia.az-a bildiirb ki, Eşqi Bağırovdan sonra Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova və Təhsil İnstitutunun direktoru Elnur Əliyev də yola salınacaq.
Məlumatlı şəxs Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən iri qurumların rəhbər şəxslərinin bir-birinin ardınca yola salınmasının əsl səbəbinə aydınlıq gətirib. Onun sözlərinə görə, bu dəyişikliklər nazir Emin Əmrullayevin arzusu və iradəsi ilə baş vermir. Əksinə, Əmrullayev ən etibarlı kadrlarını yola salmağa məcbur edilir: “Hazırda Emin Əmrullayevin ətrafında “budama əməliyyatı” aparılır. Sonda növbə onun özünə çatacaq. Əmrullayevi əvəzləyəcək şəxsin kimliyi də artıq məlumdur. Ona öz adamlarını səs-küysüz yola salmaq tövsiyə olunub. Yeni nazir fəaliyyətə kütləvi kadr dəyişiklikləri ilə başlamaq istəmir”.
Sonda mənbə deyib ki, bu ilin sonuna kimi Emin Əmrullayevin vəzifədən azad olunmasına dair sərəncam elan olunacaq.
14:01 / 05 Dekabr 2025
24
14:00 / 05 Dekabr 2025
66
13:48 / 05 Dekabr 2025
222
13:21 / 05 Dekabr 2025
39
13:18 / 05 Dekabr 2025
41
13:12 / 05 Dekabr 2025
36
13:02 / 05 Dekabr 2025
51
12:53 / 05 Dekabr 2025
195
12:46 / 05 Dekabr 2025
49
12:41 / 05 Dekabr 2025
408
12:36 / 05 Dekabr 2025
69
12:34 / 05 Dekabr 2025
352
12:32 / 05 Dekabr 2025
33
12:32 / 05 Dekabr 2025
35
12:22 / 05 Dekabr 2025
50
12:03 / 05 Dekabr 2025
1543
11:55 / 05 Dekabr 2025
51
11:48 / 05 Dekabr 2025
63
11:42 / 05 Dekabr 2025
239
11:36 / 05 Dekabr 2025
135
11:33 / 05 Dekabr 2025
144
11:17 / 05 Dekabr 2025
1200
11:14 / 05 Dekabr 2025
64
11:00 / 05 Dekabr 2025
165
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.