Leyla Əliyevanın iştirak etdiyi toyun sahibi bəlli OLDU
24 May 2026, 19:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3485
25.10.2025, 19:09
"Azərbaycanda məmurlar öz sələfərinin fəaliyyətini danırlar. Bu inkarçılıq yazılan kitablarda, tədbirlərdə özünü açıq şəkildə büruzə verir. "Azərbaycan gömrüyü, dünən, bu gün, sabah" adlı bir kitab əlimə keçib. Kitabı vərəqlədikcə adamı təəccüb bürüyür".
Bu sözləri sabiq deputat Etibar Əliyev öz "Facebook" səhifəsində yazıb. O, Gömrük Komitəsinin keçmiş sədri olan Səfər Mehdiyevin müəllifi olduğu "Azərbaycan gömrüyü, dünən, bu gün sabah" kitabında Kəmaləddin Heydərovun gömrük sahəsindəki fəaliyyətlərini bilərəkdən sildiyini deyib:
"Səfər Mehdiyevin 2022-ci ildə tərtib etdiyi bu kitabda Kəmaləddin Heydərovun Gömrük Komitəsindəki 12 illik fəaliyyəti silinib. 500 səhifəlik kitabın bir yerində belə K. Heydərovun nə şəkli, nə də adı yer alıb. Səfər müəllimə görə gömrüyün dünəni olmayıb, yalnız onun sədr olduğu dövrdə Komitə mövcud olub...
Xatırladıram ki, Kəmaləddin Heydərov 1995-ci ildən 2006-Cı ilə qədər Gömrük komitəsinin sədri vəzifəsində çalışıb. Səfər Mehdiyevə müxtəlif vəzifələr verib. S. Mehdiyev 2004-2006-cı illərdə K. Heydərovun müavini olub, 2006-cı ildən 2018-ci ilə qədər sədrin birinci müavini, 2018-ci ildən 2022-ci ilə qədər isə Komitənin sədri vəzifəsində işləyib. Məmurların sələflərinə göstərdikləri sayğısızlıq çox pis bir ənənənin əsasını qoyub. Kitab geniş oxucu kütlələri üçün nəzərdə tutulub. K. Heydərovun fəaliyyətini danan bu kitabın çapına 200.000 manatdan çox vəsait xərclənib".
19:55 / 24 May 2026
2
19:39 / 24 May 2026
46
19:09 / 24 May 2026
198
18:55 / 24 May 2026
91
18:37 / 24 May 2026
241
18:29 / 24 May 2026
79
18:03 / 24 May 2026
99
18:02 / 24 May 2026
389
17:50 / 24 May 2026
378
17:19 / 24 May 2026
110
17:17 / 24 May 2026
93
17:09 / 24 May 2026
112
16:49 / 24 May 2026
92
16:40 / 24 May 2026
404
16:00 / 24 May 2026
106
14:57 / 24 May 2026
118
14:47 / 24 May 2026
167
14:43 / 24 May 2026
473
14:36 / 24 May 2026
139
14:30 / 24 May 2026
394
14:23 / 24 May 2026
141
14:18 / 24 May 2026
99
14:08 / 24 May 2026
162
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.