Bakıda binanın pilləkəni çökdü - VİDEO
24 May 2026, 20:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
540
25.10.2025, 08:50
Bu gün Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür.
Oxu24.com xatırladır ki, müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb.
2020-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərinin işğaldan azad edildiyini açıqlayıb.
Qubadlı rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 5 min 867 hərbi qulluqçu "Qubadlının azad olunmasına görə" medalı ilə təltif olunub.
Qeyd edək ki, Qubadlı rayonu 1933-cü ildə Qubadlı kəndinin əsasında təşkil olunub. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonu ilə birləşdirilib. 1964-cü ildə yenidən müstəqil rayon olub. Qubadlı 31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İnzibati bölgüsünə bir şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsi aiddir.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, oktyabrın 25-i Qubadlı Şəhəri Günü kimi qeyd edilir.
20:19 / 24 May 2026
35
20:11 / 24 May 2026
44
19:55 / 24 May 2026
75
19:39 / 24 May 2026
64
19:09 / 24 May 2026
248
18:55 / 24 May 2026
132
18:37 / 24 May 2026
269
18:29 / 24 May 2026
95
18:03 / 24 May 2026
110
18:02 / 24 May 2026
440
17:50 / 24 May 2026
433
17:19 / 24 May 2026
120
17:17 / 24 May 2026
99
17:09 / 24 May 2026
124
16:49 / 24 May 2026
100
16:40 / 24 May 2026
441
16:00 / 24 May 2026
114
14:57 / 24 May 2026
126
14:47 / 24 May 2026
174
14:43 / 24 May 2026
502
14:36 / 24 May 2026
149
14:30 / 24 May 2026
422
14:23 / 24 May 2026
150
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.