Bugünkü imtahan necə keçib? - Abitiriyentlər danışıblar - VİDEO
24 May 2026, 23:23
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1125
23.10.2025, 12:16
“Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyevə qarşı Cinayət Məcəlləsinin başqa maddələri üzrə yeni ittihamlar irəli sürülsə, bu halda o, yenidən məhkəməyə çıxarılaraq barəsində həbs qətimkan tədbiri seçilər bilər”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında vəkil Emil Aslanov deyib.
O diqqətə çatdırıb ki, hansısa halların araşdırılması üçün istintaq müddətinin uzadılması tələb edilirsə, belə olan halda ev dustaqlığının uzadılması ilə bağlı qərar qəbul edilir:
“Hazırda Ramiz Mehdiyev ev dustaqlığındadır və istintaq davam edir. Əgər hansısa halların araşdırılması üçün istintaq müddətinin uzadılmasına ehtiyac yaranarsa, ev dustaqlığının uzadılması ilə bağlı qərar qəbul edilir. Yəni hansısa istintaq hərəkətlərinin aparılmasına zərurət varsa və müddət bitirsə, bu halda istintaqın müddəti artırılır. Əgər ehtiyac olmasa, bu halda ittiham aktı tərtib ediləcək və iş məhkəməyə göndəriləcək. Onun ittiham olunduğu maddələr üzrə 12 ildən 20 ilədək yaxud ömürlük həbs cəzası nəzərdə tutulur. Əməldə cinayət tərkibi olmadıqda isə şəxsə bəraət verilir. Hansısa hallar sübuta yetirilmədikdə, şəxs bəraət ala bilər”.
E.Aslanov bildirib ki, növbəti mərhələlərdə də Ramiz Mehdiyevlə bağlı yaş məsələsi yüngülləşdirici hal kimi nəzərə alına bilər:
“Təbii ki, yaş həddi nəzərə alınaraq, Ramiz Mehdiyev barəsində hazırda ev dustaqlığı qəti imkan tədbiri seçilib. Bu həbsə alternativdir və ona veriləcək hökmün müddətindən gedir. Çünki ev dustaqlığı həbsə alternativ qəti imkan tədbiridir. Ola bilsin ki, yaş məsələsi yüngülləşdirici hal qismində nəzərə alınsın. Əməldə də yüngülləşdirici hal olduqda, əgər ömürlük cəza verilmirsə, yüngülləşdirici hallarda cəzanın son həddinin 3/4-dən artıq cəza verilə bilməz”.
Hüquqşünas qeyd edib ki, ev dustaqlığı ilə bağlı qanunvericiliyin bir sıra şərtləri mövcuddur:
“Ev dustaqlığı qəti imkan tədbirinin özünün şərtləri var. Bununla bağlı qərarda məhkumun hansı müddətlərdə evdə olması, hansı işlərlə məşğul olmaması, hansı hərəkətlərin ona qadağan edilməsi öz əksini tapır. Təbii ki, bu şərtlər pozularsa, məhkumun ev dustaqlığı qəti imkan tədbiri ləğv edilib, həbs qəti imkan tədbiri ilə əvəz edilə bilər. Başqa maddələr üzrə yeni ittihamlar verilərsə, bu halda Ramiz Mehdiyev yenidən məhkəməyə çıxarılaraq, artıq həbslə bağlı qəti imkan tədbiri verilə bilər”.
Xatırladaq ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilən R.Mehdiyev barədə verilən vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.
23:36 / 24 May 2026
106
23:32 / 24 May 2026
62
23:23 / 24 May 2026
44
23:13 / 24 May 2026
140
23:13 / 24 May 2026
205
23:03 / 24 May 2026
158
22:43 / 24 May 2026
60
22:18 / 24 May 2026
81
22:04 / 24 May 2026
271
21:40 / 24 May 2026
155
21:39 / 24 May 2026
597
21:30 / 24 May 2026
148
20:41 / 24 May 2026
108
20:19 / 24 May 2026
100
20:11 / 24 May 2026
84
19:39 / 24 May 2026
182
19:09 / 24 May 2026
370
18:55 / 24 May 2026
184
18:37 / 24 May 2026
378
18:29 / 24 May 2026
129
18:03 / 24 May 2026
141
18:02 / 24 May 2026
611
17:50 / 24 May 2026
922
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.