Prezidentin qızı Masallıdan maraqlı fotolar paylaşdı
25 May 2026, 00:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
4519
22.10.2025, 18:39
Ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevlə bağlı müzakirələr bitmək bilmir.
Mediada Ramiz Mehdiyevin haqqında həbs qərarı çıxdığı günün ertəsi səhhətində problemlər yaranması barədə məlumatlar yayıldı. Məlumatda R.Mehdiyevin evinə təcili tibbi avtomobillərinin gəldiyi də qeyd olundu.
Oxu24.com saytı yayılan informasiyalarla bağlı daha dəqiq məlumatlar əldə edib.
Mehdiyevlərə yaxın mənbənin verdiyi məlumata görə, boz kardinalın son günlərdə səhhətində ciddi problemlər yaranıb. Onun tez-tez huşunu itirdiyi,yaddaşının gedib-gəldiyi iddia olunur. Hətta, ailə yaxın həkimlə də bu haqda məsləhətləşmələr aparıb. Onun “azheimer” xəstəliyindən əziyyət çəkdiyi iddia olunur.
Məlumatı saytımıza açıqlayan mənbə qeyd edib ki, onda bu xəstəliyin həqiqətən də olması hələlik rəsmi təsdiqini tapmayıb. Qanunvericiliyə görə,bunun üçün məhkəmənin qərarı ilə məhkəmə tibbi ekspertizası təyin edilməlidir.Ehtimal olunur ki,Ramiz Mehdiyev bu “xəstəlik”dən istifadə edərək məsuliyyətdən yayınmaq istəyir.
Alzheimer xəstəliyi demensiyaya səbəb olan xəstəliklər arasında ən çox görülən xəstəlikdir.
Alzheimer xəstəliyində səbəbi hələ tam olaraq başa düşülməmiş bir şəkildə beyin hüceyrələrinin daha tez ölməsindən qaynaqlanır (beyin hüceyrələrinin ölümü yaşla hər insanda olur, lakin bu proses Alzheimer xəstəliyində çox sürətli və erkən olur). Hüceyrə ölümü ilə beyin yavaş-yavaş yığılmağa başlayır və kiçilir. Alzheimer xəstəliyi yoluxucu bir xəstəlik deyil, ancaq onu deyə bilərik ki, bu xərçəng xəstəliyi də deyil. Çox nadir olsa da (təxminən 100 xəstədən 5-i), bu xəstəliyin irsi formaları da mövcuddur, lakin bunlar nadirdir.
00:05 / 25 May 2026
21
00:01 / 25 May 2026
16
00:01 / 25 May 2026
55
23:58 / 24 May 2026
55
23:36 / 24 May 2026
205
23:32 / 24 May 2026
186
23:23 / 24 May 2026
64
23:13 / 24 May 2026
160
23:13 / 24 May 2026
274
23:03 / 24 May 2026
178
22:43 / 24 May 2026
69
22:18 / 24 May 2026
86
22:04 / 24 May 2026
295
21:40 / 24 May 2026
162
21:39 / 24 May 2026
689
21:30 / 24 May 2026
157
20:41 / 24 May 2026
114
20:19 / 24 May 2026
108
20:11 / 24 May 2026
88
19:39 / 24 May 2026
190
19:09 / 24 May 2026
384
18:55 / 24 May 2026
193
18:37 / 24 May 2026
388
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.