Prezidentin qızı Masallıdan maraqlı fotolar paylaşdı
25 May 2026, 00:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
6596
22.10.2025, 17:21
Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri olduğu dövrdə təyin edilən icra başçılarının əksəriyyəti ona yaxınlığı ilə bilinirdi. Həmin icra başçıları Mehdiyevin təlimatları ilə hərəkət edərək daim ona sadiq olduqlarını göstəriblər. Xüsusilə yaşlı və uzun müddət vəzifədə olan icra başçılarının əksəriyyəti məhz Mehdiyevin kadrı kimi tanınıb.
Mehdiyevə yaxınlığı ilə bilinən həmin şəxslərin bəziləri hələ də vəzifə başındadır.
Sfera.az Mehdiyev dövründə icra başçısı vəzifəsinə irəli çəkilən və hələ də bu vəzifədə çalışan rayon və şəhər rəhbərlərini araşdırıb.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov. E.Hüseynov 2 iyul 1992-ci ildə rayon rəhbəri təyin edilib və həmin vəzifədə çalışır. Onun uzun müddət bu vəzifədə qalmasında Mehdiyevin rolu var.
Eynilə Qobustan Rayon İcra hakimiyyətinin başçısı Adil Məmmədovun 31 il müxtəlif rayonlarda icra başçısı vəzifələrində çalışması Mehdiyevin sayəsində olub.
Bunlardan başqa Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Lənkəran Rayon İcra hakimiyyətinin başçısı Taleh Qaraşov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Mehdiyevə yaxınlığı ilə tanınıblar.
Bu adlardan əlavə olaraq Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Ramiz Mehdiyevin himayəsində olan şəxslərdən hesab olunur.
Eyni zamanda, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov da uzun illər Mehdiyevin himayəsində olan məmurlardan biridir.
Bundan başqa, Masallının icra başçısı Şahin Məmmədov, Sabirabadın icra başçısı Siraqəddin Cabbarov, Qazağın icra başçısı Rəcəb Babaşov Ramiz Mehdiyevin təqdimatı ilə vəzifəyə gətirilmiş şəxslər kimi tanınır.
Hazırda Füzuli Rayon İcra Başçısı olan Alı Alıyev və Ağsu Rayon İcra Başçısı olan Rövşən Bağırov da "mehdiyevizm”in təmsilçiləri sırasında göstərilir.
Eyni zamanda Şəkinin icra başçısı Elxan Usubov və Hacıqabulun icra başçısı Sevindik Hətəmov da Mehdiyevin kadrlarıdır.
Mehdiyevə yaxınlığı ilə bilinən yaşlı icra başçılardan Bayram Səfərovun (Şuşa rayonu), Rafil Hüseynovun (Ağcəbədi rayonu), Mərdan Camalovun (Zərdab), Mənsur Məmmədovun (Ucar), Firdovsi Əliyevin (Samux) də adını çəkmək olar.
Hazırda millət vəkili olan, Nəsimi Rayon İcra Hakimiyyətinin keçmiş başçısı olmuş Asif Əsgərovun və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin də Mehdiyevin xeyir-duası ilə bu vəzifəyə təyin edildiyi məlumdur.
00:05 / 25 May 2026
21
00:01 / 25 May 2026
16
00:01 / 25 May 2026
55
23:58 / 24 May 2026
55
23:36 / 24 May 2026
205
23:32 / 24 May 2026
186
23:23 / 24 May 2026
64
23:13 / 24 May 2026
160
23:13 / 24 May 2026
274
23:03 / 24 May 2026
178
22:43 / 24 May 2026
69
22:18 / 24 May 2026
86
22:04 / 24 May 2026
295
21:40 / 24 May 2026
162
21:39 / 24 May 2026
689
21:30 / 24 May 2026
157
20:41 / 24 May 2026
114
20:19 / 24 May 2026
108
20:11 / 24 May 2026
88
19:39 / 24 May 2026
190
19:09 / 24 May 2026
384
18:55 / 24 May 2026
193
18:37 / 24 May 2026
388
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.