Prezidentin qızı Masallıdan maraqlı fotolar paylaşdı
25 May 2026, 00:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2749
20.10.2025, 23:18
Dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyev haqqında yeni faktlar məlum olub.
Bu barədə Oxu24.com özəl mənbədən məlumat əldə edib.
Bir çox işləri saxta və qurma olduğu kimi Ramiz Mehdiyevin elmi əsərləri və müdafiə işi də özü tərəfindən yazılmayıbmış.
Uzun illər siyasi proseslərin içərisində olan və demək olar ki, “başını qaşımağa vaxtı olmayan” akademikin bu qədər elmi əsər yazması qəribə görünür. Bu yaşına qədər siyasi fəaliyyətindən və idarəçilik ambisiyasından əl çəkməyən qocaman akademikin özünü cəmiyyətdən təcrid edərək elmə, kitaba yönəlməsini düşünmək elə də inandırıcı görünmür.
Təqdim olunan məlumatlara əsasən deyə bilərik ki, Ramiz Mehdiyevin müəllifliyi ilə 23 il ərzində 32 kitab nəşr olunub.
Sual yaranır ki,Ramiz Mehdiyev hər il bir “samballı” əsər yazmağı necə bacarıb? Yoxsa, 24 saat dövlətin taleyini düşündüyünü iddia edən Ramiz Mehdiyevin əvəzinə bu əsərləri kimlərsə yazıb?
Oxu24.com-a bu haqda danışan mənbə Ramiz Mehdiyevin əsərlərini yazan şəxsin adını açıqlayıb.
Həmin şəxs pedaqoq-alim, pedaqoji elmlər namizədi Əsabəli Quliyevdir. Məlumata görə,Ramiz Mehdiyev bütün kitabları məhz onun tərəfindən yazılıb. Məlumatı saytımıza o illərdə məşhur nəşriyyatlardan birinin rəhbəri də təsdiqləyib.
Qeyd edək ki,Əsabəli Quliyev 16 yanvar 1939-cu il tarixdə Nuxa (indiki Şəki) rayonunun Oxud kəndində anadan olub.Müxtəlif illərdə Azərbaycan SSR/Azərbaycan Respublikası Peşə Təhsili Komitəsi Elmi-Tədqiqat və Metodiki İdarəsinin rəisi, Respublika tədris metodikası kabinetinin direktoru, Azərbaycan Müəllimlər İnstitutunun prorektoru və s. vəzifələrdə çalışıb.28 dekabr 2022-ci il tarixdə – 83 yaşında, Bakıda vəfat edib.
29 dekabr 2022-ci il tarixdə Şəki rayonunun Oxud kəndinin kənd qəbiristanlığında dəfn olunub.
Oxu24.com bundan öncə Ramiz Mehdiyevin komandasına olan şəxslərin yeni siyahısını açıqlamışdı.
Miri Məcidli
00:05 / 25 May 2026
113
00:01 / 25 May 2026
237
00:01 / 25 May 2026
202
23:58 / 24 May 2026
181
23:36 / 24 May 2026
401
23:32 / 24 May 2026
488
23:23 / 24 May 2026
177
23:13 / 24 May 2026
223
23:13 / 24 May 2026
544
23:03 / 24 May 2026
251
22:43 / 24 May 2026
96
22:18 / 24 May 2026
107
22:04 / 24 May 2026
393
21:40 / 24 May 2026
179
21:39 / 24 May 2026
1077
21:30 / 24 May 2026
180
20:41 / 24 May 2026
140
20:19 / 24 May 2026
131
20:11 / 24 May 2026
112
19:39 / 24 May 2026
227
19:09 / 24 May 2026
423
18:55 / 24 May 2026
246
18:37 / 24 May 2026
446
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.