Məktəblərdə yeni dərs tədris oluna bilər – RƏSMİ
15 Dekabr 2025, 22:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1482
02.06.2025, 11:00
Azərbaycan Ordusunun qətlə yetirilmiş əsgəri Hüseynov Ceyhun Tofiq oğlunun ömür yoluna həsr olunmuş film təqdim olunub.
Oxu24.com xəbər verir ki, "Cənnətdəki ADAnın sakini" adlı filmin müəllifi əməkdar jurnalist Ləman Ələşrəfqızıdır.
Filmdə Ceyhun Əsgərovun keçdiyi ömür yolu,onun aldığı təhsil,cəmiyyət üçün nümunəvi vətəndaş mövqeyindən bəhs olunub.
Qeyd edək ki,Ceyhun Hüseynov 16 may 1999-cu ildə Bakı şəhərində anadan olub. 1999-2003-cü illərdə Moskva şəhərində yaşamış və 2005-ci ildə 252 saylı orta məktəbdə təhsil almağa başlamış. Dördüncü sinfə qədər həmin məktəbdə təhsilini davam etdirmiş, sonra isə imtahan yolu ilə Bakı Özəl Türk Liseyinə qəbul olmuşdur.
Beynəlxalq olimpiadalarda fəal iştirak etmiş və Riyaziyyat, İngilis dili olimpiadalarında gümüş medal, Coğrafiya olimpiadasında isə qızıl medal qazanmışdır. Yeddinci sinifdə Nyu-York şəhərində üç ay müddətində təcrübə keçmişdir. Eyni zamanda, İtaliyada BMT-nin komitə iclaslarında iştirak etmiş və çıxış etmişdir.
9-cu sinifdən 11-ci sinfə qədər Akademik Zərifə Əliyeva adına liseydə təhsilini davam etdirən Ceyhun, liseyi qızıl medalla bitirmişdir. O, təhsil müddətində davamlı olaraq "5" qiymətini almış və bir çox beynəlxalq sertifikatlar əldə etmişdir.
2016-cı ildə universitet imtahanında 627 bal toplayaraq, ADA Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinə qəbul olmuşdur. Yaponiyada mübadilə proqramı ilə təhsilini davam etdirmişdir. 2022-ci ildə Tel-Əviv Dövlət Universitetində "Sülh və Konfiktin Həlli" sahəsində magistr təhsilini başlamış və 2023-cü ildə bu təhsilini tamamlamışdır.
Həmçinin oxuyun
Vətənpərvərlik
Ceyhun Hüseynov, vətənpərvərliyi ilə də tanınırdı,25 yaşında Brüsselə doktorantura təklifi almışdı, lakin vətənpərvər olduğu üçün ilk növbədə hərbi xidmətə getməyi qərara aldı.O,əmisi şəhid Hüseynov Ceyhun Tahir oğlu kimi vətənpərvər ruhlu idi.Əmisi 1994-cü ildə Talış kəndindəki döyüşlərdə şəhid olmuşdur.
Ceyhun, gitara və pianino ifa edə bilən, idmanla maraqlanan,Quran oxuyan bir gənc idi. Eyni zamanda, bir neçə dilə hakim idi və İngilis, Rus, Türk, Ərəb ,İvrit, Yapon, İndoneziya və Çin dillərində danışa bilirdi.
Ceyhun Hüseynov, 9 iyun 2024-cü ildə, hərbi xidmətinin bitməsinə 20 gün qalmış, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnük yaşayış məntəqəsində itkin düşmüşdür. 11 iyun 2024-cü ildə onun nəşi tapılmışdır.Daha sonra onun qətlə yetirildiyi məlum olmuşdur.Naxçıvan Hərbi Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Məhkəmə istintaqı zamanı toplanmış sübutlar əsasında müttəhimlər təqsirli hesab edilib.
Hökmə əsasən, Samir Həziyev 4 , Aydın Quliyev isə 3 il müddətə azadlıqdan məhrum edilib. A.Quliyev məhkəmə zalında həbs edilib.
Miri Məcidli
22:31 / 15 Dekabr 2025
7
22:27 / 15 Dekabr 2025
10
22:09 / 15 Dekabr 2025
95
21:59 / 15 Dekabr 2025
32
21:45 / 15 Dekabr 2025
38
21:10 / 15 Dekabr 2025
1244
20:54 / 15 Dekabr 2025
80
20:38 / 15 Dekabr 2025
957
20:16 / 15 Dekabr 2025
57
19:46 / 15 Dekabr 2025
145
19:15 / 15 Dekabr 2025
570
18:43 / 15 Dekabr 2025
561
18:36 / 15 Dekabr 2025
71
17:51 / 15 Dekabr 2025
93
17:37 / 15 Dekabr 2025
836
17:14 / 15 Dekabr 2025
104
17:08 / 15 Dekabr 2025
91
16:59 / 15 Dekabr 2025
216
16:49 / 15 Dekabr 2025
860
16:40 / 15 Dekabr 2025
203
16:26 / 15 Dekabr 2025
158
16:16 / 15 Dekabr 2025
164
15:55 / 15 Dekabr 2025
254
15:45 / 15 Dekabr 2025
693
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.