Mehman Qasımov işdən çıxarıldı
13 Dekabr 2025, 09:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
204
30.05.2025, 14:31
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova, UNESCO-nun Almatıdakı Regional ofisinin Direktoru və Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan üzrə UNESCO nümayəndəsi cənab Amir Piriç ilə görüş keçirib.
Görüşdə həmçinin UNESCO-nun Mədəniyyət Proqramı üzrə mütəxəssis cənab Filip Delanj və mədəniyyət üzrə mütəxəssis xanım Aygül Xələfova da iştirak etmişdir.
Görüş zamanı Fond ilə UNESCO arasında münasibətlərin möhkəmləndirilməsi, eləcə də türk dünyasının zəngin mədəni irsinin qorunması, inkişafı və təşviqinə yönəlmiş birgə layihələr müzakirə olunmuşdur.
Özbəkistanda səfərdə olan Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova xanım eyni zamanda Özbəkistanın Xarici İşlər nazirinin müavini ilə görüşüb
Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova, Özbəkistana etdiyi rəsmi səfər çərçivəsində Özbəkistan Respublicasının Xarici İşlər nazirinin müavini Bobur Usmanov ilə görüşüb.
Görüş zamanı tərəflər, Özbəkistanın Fondun fəaliyyətinə fəal şəkildə cəlb olunması kontekstində ikitərəfli əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Xüsusi olaraq, 21 May, 2025-ci il tarixində Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşündə qəbul olunmuş tarixi qərara — Özbəkistan Respublikasının Türk Mədəniyyəti və İrsi Fonduna tamhüquqlu üzv kimi daxil olmasına diqqət yönəldilib.
Aktotı Raimkulova göstərilən etimada və dəstəyə görə Özbəkistan rəhbərliyinə təşəkkürünü bildirərək vurğulayıb ki, Özbəkistanın Fonda üzv olması türk dünyasının zəngin mədəni irsinin öyrənilməsi, qorunması və təbliği istiqamətində genişmiqyaslı beynəlxalq layihələrin həyata keçirilməsi üçün yeni imkanlar açır.
Özbəkistan Respublikasının Prezidentinin Türk Dövlətləri Təşkilatının sammitləri çərçivəsində irəli sürdüyü təşəbbüslərin səmərəli həyata keçirilməsinə, eləcə də türk mədəni irsinin qorunması və təbliği istiqamətində birgə layihələrə xüsusi diqqət yetirildi.
Görüş qarşılıqlı anlayış və konstruktiv dialoq ilə yekunlaşıb. Fond ilə Özbəkistan Respublikası arasında mədəni və diplomatik əlaqələrin gələcəkdə daha da genişlənməsi üçün möhkəm zəmin yaradılıb.

Həmçinin oxuyun
09:15 / 13 Dekabr 2025
1
09:06 / 13 Dekabr 2025
28
08:45 / 13 Dekabr 2025
22
08:37 / 13 Dekabr 2025
25
00:28 / 13 Dekabr 2025
93
00:14 / 13 Dekabr 2025
843
00:01 / 13 Dekabr 2025
513
23:20 / 12 Dekabr 2025
434
23:12 / 12 Dekabr 2025
83
22:41 / 12 Dekabr 2025
7304
22:05 / 12 Dekabr 2025
111
21:58 / 12 Dekabr 2025
1599
21:45 / 12 Dekabr 2025
111
19:31 / 12 Dekabr 2025
1043
19:20 / 12 Dekabr 2025
2102
19:04 / 12 Dekabr 2025
1159
19:02 / 12 Dekabr 2025
156
17:40 / 12 Dekabr 2025
1341
17:29 / 12 Dekabr 2025
111
17:11 / 12 Dekabr 2025
1408
16:38 / 12 Dekabr 2025
1415
16:35 / 12 Dekabr 2025
207
16:30 / 12 Dekabr 2025
162
16:29 / 12 Dekabr 2025
112
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.