Dənizdə batan şəxs KİMDİR? -VİDEO
18 Noyabr 2026, 14:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
366
26.05.2025, 18:00
Kapital Bank-ın ümumi dəyəri 30 000 000 (otuz milyon) AZN olan və yüksək gəlirlilik təklif edən istiqrazlarının abunə yazılışı 21 may 2025-ci il tarixində Bakı Fond Birjasında başa çatıb. 55 investorun iştirak etdiyi yerləşdirmədə sifarişlərin həcmi 42 317 900 AZN təşkil edib. Ümumilikdə, 50 fiziki şəxs tərəfindən 28 317 900 AZN, 5 hüquqi şəxs tərəfindən 14 000 000 AZN həcmində sifariş verilib. İstiqrazların yerləşdirilməsi 23 may tarixində uğurla yekunlaşıb.
Qeyd edək ki, istiqrazların nominal dəyəri 100 AZN, illik faiz dərəcəsi 11%, faiz ödəniş dövrü hər 30 gündən bir, tədavül müddəti isə 1 il təşkil edir. Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Kapital Bank istiqrazları vətəndaşlar üçün etibarlı və güvənilir investisiya olmaqla yanaşı, yerli kapital bazarının inkişafına da mühüm töhfədir. Uğurlu yerləşdirmənin davamı olaraq Kapital Bank Azərbaycan kapital bazarında aktiv şəkildə iştirak etməyi və investorlara yeni investisiya məhsulları təklif etməyi hədəfləyir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk , Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.
14:58 / 18 Noyabr 2026
1
14:52 / 18 Noyabr 2026
34
14:44 / 18 Noyabr 2026
174
14:33 / 18 Noyabr 2026
86
14:22 / 18 Noyabr 2026
74
14:18 / 18 Noyabr 2026
85
14:06 / 18 Noyabr 2026
82
13:56 / 18 Noyabr 2026
85
13:12 / 18 Noyabr 2026
95
12:55 / 18 Noyabr 2026
100
12:53 / 18 Noyabr 2026
133
12:51 / 18 Noyabr 2026
221
12:32 / 18 Noyabr 2026
1022
12:28 / 18 Noyabr 2026
117
12:20 / 18 Noyabr 2026
456
12:15 / 18 Noyabr 2026
126
12:10 / 18 Noyabr 2026
149
12:03 / 18 Noyabr 2026
101
12:03 / 18 Noyabr 2026
434
11:49 / 18 Noyabr 2026
246
11:43 / 18 Noyabr 2026
158
11:39 / 18 Noyabr 2026
167
11:35 / 18 Noyabr 2026
169
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.