Azərbaycan incəsənətinə ağır itki ÜZ VERİB: Məşhur siyasi xadimin qızı dünyasını dəyişdi
13 Dekabr 2025, 15:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
252
22.05.2025, 17:40
"Şərur MTK"nın sahibi İsfəndiyar Axundovun ("Şərurlu İsfəndiyar") barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə növbəti məhkəmə prosesi keçirilib.
Oxu24.com APA-ya istinadən xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə xüsusi ittihamçı olan Emil Səməndərovun vəkili Asim Abbasov məhkəməyə vəsatət verib. Vəkil, son zamanlar onlarla vətəndaşın şikayətini özündə əks etdirən informasiyaları İsfəndiyar Axundovu xarakterizə edən hallar kimi məhkəmədə iş materialına əlavə etmək üçün məhkəməyə təqdim edib.
Qarşı tərəf vəsatətin təmin edilməməsini məhkəmədən xahiş edib.
İsfəndiyar Axundovun vəkili bildirib ki, mətbuatda İsfəndiyar Axundovla bağlı yayılan məlumatlar qarayaxmadır.
Məhkəmə vəsatəti təmin etməyib.
Həmçinin oxuyun
aha sonra təqsirləndirilən İsfəndiyar Axundov ifadə verib. O, iş üzrə özünü təqsirli bilmədiyini, məqsədinin kömək etmək olduğunu qeyd edib: "Məqsədim zərərçəkmişlərin şikayətlərinin həll edilməsi olub. Həll edilsin ki, Emili buraxsınlar. Mənim heç bir günahım yoxdur. Şəhid ailələrinə yardım edirəm, onlara ev verirəm. Qarşı tərəfin vəkilinin suallarını cavablaya bilmirəm. Çünki cavablamaq üçün savadım yoxdur".
Prosesi iyunun 5-də davam etdiriləcək.
Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittiham qaydasında Emil Səməndərov şikayət edib.
17:43 / 13 Dekabr 2025
63
17:09 / 13 Dekabr 2025
33
16:55 / 13 Dekabr 2025
128
15:58 / 13 Dekabr 2025
58
15:47 / 13 Dekabr 2025
58
15:39 / 13 Dekabr 2025
72
15:08 / 13 Dekabr 2025
1880
14:50 / 13 Dekabr 2025
71
14:38 / 13 Dekabr 2025
105
14:28 / 13 Dekabr 2025
93
14:22 / 13 Dekabr 2025
85
14:12 / 13 Dekabr 2025
271
13:14 / 13 Dekabr 2025
1463
13:07 / 13 Dekabr 2025
937
12:58 / 13 Dekabr 2025
702
12:16 / 13 Dekabr 2025
1177
12:08 / 13 Dekabr 2025
135
11:44 / 13 Dekabr 2025
90
11:30 / 13 Dekabr 2025
112
11:09 / 13 Dekabr 2025
982
11:07 / 13 Dekabr 2025
443
10:25 / 13 Dekabr 2025
1188
09:15 / 13 Dekabr 2025
911
09:06 / 13 Dekabr 2025
1092
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.