Məleykə Abbaszadə BDU-da nəyi dəyişəcək? - AÇIQLAMA
21 Noyabr 2026, 23:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
376
16.11.2024, 12:53
İqlim dəyişikliyi ilə mübarizə məqsədi daşıyan, dünya liderləri, alim və mütəxəssisləri bir araya gətirən ən vacib qlobal tədbirlərdən biri, BMT-nin İqlim Dəyişikliyi üzrə Konfransı COP29 uğurla davam edir. "Kapital Bank" ASC konfransda "Paşa Holdinq" MMC-nin nümayəndə heyətinin tərkibində iştirak edir. Tədbirin "Yaşıl zona" hissəsində "Kapital Bank"a məxsus stend qurulub. Stenddə bankın rəsmi nümayəndələri iştirakçılarla fikir mübadiləsi aparır, təcrübələrini bölüşür, qonaqların suallarını cavablandırırlar.
Eyni zamanda bankın rəsmi nümayəndələri təşkil edilən panellərdə aktiv olaraq iştirak edirlər. Ötən gün "Kapital Bank"ın təşkilatçılığı ilə “Azərbaycanda Dayanıqlı KOS mühiti” mövzusunda panel müzakirəsi baş tutub. “Deloitte Azərbaycan”ın Vergi və Hüquq Praktikasının rəhbəri Nuran Kərimovun moderatorluğu ilə keçirilən müzakirədə "Kapital Bank"ın İdarə Heyətinin üzvü, Baş Korporativ satış inzibatçısı Fərid Hidayətzadə, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, "PAŞA Bank" ASC-nin Korporativ və İnstitusional Bankçılıq sahəsinin lideri Fərid Quliyev, BİOROPEAN MMC-nin direktoru Emin İlyas iştirak edib. Panel zamanı yeni ideyalar, sahibkarların problemləri, çıxış yolları, bu istiqamətdə dövlət və özəl tərəfdaşlığı kimi məqamlar müzakirə edilib. Çıxışında yaşıl iqtisadiyyatı dəstəkləyən ideyaların maliyyələşdirilməsinə toxunan Fərid Hidayətzadə bu mövzudakı perspektivlərdən danışıb.
Bu gün isə bankın F.Hüseynov “Dayanıqlı rəqəmsallaşma” mövzusunda keçirilən panelə spiker olaraq qatılıb. O, rəqəmsallaşma mövzusunda "Kapital Bank"ın təcrübəsini və şəxsi yanaşmasını iştirakçılarla bölüşüb. “Rəqəmsal transformasiyaya keçid perspektivindən baxdıqda hər bir şirkətin bəlli bir strategiyası və məsələyə individual yanaşması olmalıdır. Burada vacib olan dayanıqlılıq prinsipinin həm biznesin inkişafına xidmət etməsi, həm də təbiətə fayda verməsini təmin etməkdir. Bu istiqamətdə edilən investisiyalar və təşəbbüslər müştərilərlə yanaşı, ətraf mühitə də xidmət etməlidir. Vacib olan bu balansı doğru idarə edə bilməkdir”.
“Dayanıqlı rəqəmsallaşma” mövzusunda keçirilən daha bir paneldə isə "Kapital Bank"ın Ödəniş Sistemləri ofisinin lideri Zakir Xanməmmədov spiker qismində iştirak edib. O, çıxışında verilənlərin analitikası, bankın tətbiq etdiyi rəqəmsal həllər, bu həllərin ekologiyaya qatqısı kimi məqamlara toxunub.
Bu tarixi konfransın iştirakçısı olmaq istəyən hər kəs iticket.az saytından ödənişsiz olaraq bilet əldə edərək tədbirdə iştirak edə bilər.
Ölkənin I bankı olan "Kapital Bank" "PAŞA Holdinq"ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— //kbl.az/prgtk, "Birbank" kartı sifarişi üçün — //kbl.az/prcrc.
01:34 / 22 Noyabr 2026
6
01:33 / 22 Noyabr 2026
39
23:53 / 21 Noyabr 2026
384
23:41 / 21 Noyabr 2026
154
23:11 / 21 Noyabr 2026
829
23:00 / 21 Noyabr 2026
121
22:47 / 21 Noyabr 2026
322
22:32 / 21 Noyabr 2026
173
22:20 / 21 Noyabr 2026
477
22:02 / 21 Noyabr 2026
371
21:49 / 21 Noyabr 2026
133
21:32 / 21 Noyabr 2026
562
21:27 / 21 Noyabr 2026
164
21:20 / 21 Noyabr 2026
145
21:17 / 21 Noyabr 2026
785
20:49 / 21 Noyabr 2026
1136
20:33 / 21 Noyabr 2026
184
20:09 / 21 Noyabr 2026
2004
19:14 / 21 Noyabr 2026
804
19:12 / 21 Noyabr 2026
224
18:41 / 21 Noyabr 2026
165
18:29 / 21 Noyabr 2026
162
18:19 / 21 Noyabr 2026
158
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.