Məleykə Abbaszadə BDU-da nəyi dəyişəcək? - AÇIQLAMA
21 Noyabr 2026, 23:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
296
15.11.2024, 09:50
Beyin infarktı (işemik insult) - beyin qan dövranının kəskin pozulması nəticəsində baş verən klinik vəziyyətdir. Beyin qan dövranı pozulmasının ən çox rast gəlinən səbəblərindən biri yuxu arteriyası mənfəzinin daralma (stenoz) və tutulmasıdır (okklyuziya).
OXU24.COM xəbər verir ki, damar mənfəzlərinin daralması hallarının təxminən 50%-i aterosklerozun (damarların daxili divarlarında yağ, xolesterin və digər maddələrin toplanması) payına düşür. Yaş artdıqca və ateroskleroz inkişaf etdikcə yuxu arteriyasının daxilində aterosklerotik düyünlər əmələ gəlir. Onların sayı çoxaldıqca və düyünlərin ölçüləri böyüdükcə arteriyanın mənfəzi daralır. Bütün beyin infarktlarının 30%-i yuxu arteriyasının stenozu səbəbindən baş verir.
Yuxu arteriyalarının stenozunu rəngli doppler müayinəsi (USM) ilə aşkar etmək mümkündür. Bu müayinə metodu daralmanın yeri və dərəcəsini müəyyən etməyə imkan verir. Alternativ olaraq stenozun mövcudluğunu, əhatə etdiyi sahəni və dərəcəsini KT, MRT, angioqrafiya kimi radioloji müayinələrlə də müəyyən etmək mümkündür.
Yuxu arteriyası stenozunun müalicəsi insultun qarşısını almağa yönəlib. Stenozun dərəcəsindən asılı olaraq uyğun müalicə metodu seçilir. Dərman müalicəsi aterosklerozun inkişafını ləngidə bilər. Kliniki simptomlar müşahidə edilməklə yuxu arteriyalarında 60%-dən çox daralma cərrahi müalicə üçün göstəriş hesab olunur. İnsultun qarşısını almaq məqsədilə icra olunan əməliyyatlardan biri də karotid endarterektomiyadır. Bu əməliyyat zamanı yuxu arteriyasının daxilindəki aterosklerotik düyünlər çıxarılır. Yerli və ya ümumi anesteziya altında aparılan əməliyyat zamanı darlıq yaradan aterosklerotik yığıntı təmizlənir. Damarın mənfəzi açıldıqdan sonra beynin normal qan təchizatı təmin olunur.
Effektiv cərrahi müdaxilə növlərindən biri yuxu arteriyalarının stentlənməsidir. Yuxu arteriyalarına stentin yerləşdirilməsi insult riskini azaldır və damarların keçiriciliyini bərpa edir. Sadalanan müayinə metodları və cərrahi əməliyyatlar icbari tibbi sığorta hesabına qarşılanır.
Sözügedən xidmətlər icbari tibbi sığorta ilə TƏBİB-in tabeliyindəki Mərkəzi Neftçilər Xəstəxanası, Səhiyyə Nazirliyinin akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində və Agentliklə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki tibb müəssisələri) tibbi göstəriş və həkim təyinatına əsasən icra olunur.
Məlumat üçün bildirək ki, yuxu arteriyalarının stenozu bir çox hallarda simptomsuz olur. Əksər hallarda yuxu arteriyası stenozunun ilk təzahürləri insult, keçici işemik həmlə (simptomları 24 saat ərzində keçib gedən beyin qan dövranının işemik tipli kəskin pozulması) ilə bağlı simptomlar ola bilər. Klinik əlamətlərə bədənin hər hansı hissəsində (xüsusən də sifət, əl və ayaq daxil olmaqla) əzələ zəifliyinin əmələ gəlməsi, hissiyyatın zəifləməsi, nitqin aydın olmaması və ya tam pozulması, baş gicəllənmə, udma qabiliyyətinin, yaddaşın və şüurun pozulması, ürəkbulanma, qusma ilə müşayiət olunan kəskin baş ağrısı aiddir. Bu əlamətlər olduqda dərhal təcili tibbi yardım çağırmaq lazımdır.
Uzun müddət tütündən istifadə edən, qanda xolesterini yüksək olan, yüksək qan təzyiqi, şəkərli diabet və ürək xəstəliyindən əziyyət çəkən 65 yaşdan yuxarı şəxslər arasında işemik insult riski daha yüksəkdi.
01:34 / 22 Noyabr 2026
6
01:33 / 22 Noyabr 2026
39
23:53 / 21 Noyabr 2026
384
23:41 / 21 Noyabr 2026
154
23:11 / 21 Noyabr 2026
829
23:00 / 21 Noyabr 2026
121
22:47 / 21 Noyabr 2026
322
22:32 / 21 Noyabr 2026
173
22:20 / 21 Noyabr 2026
477
22:02 / 21 Noyabr 2026
371
21:49 / 21 Noyabr 2026
133
21:32 / 21 Noyabr 2026
562
21:27 / 21 Noyabr 2026
164
21:20 / 21 Noyabr 2026
145
21:17 / 21 Noyabr 2026
785
20:49 / 21 Noyabr 2026
1136
20:33 / 21 Noyabr 2026
184
20:09 / 21 Noyabr 2026
2004
19:14 / 21 Noyabr 2026
804
19:12 / 21 Noyabr 2026
224
18:41 / 21 Noyabr 2026
165
18:29 / 21 Noyabr 2026
162
18:19 / 21 Noyabr 2026
158
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.