Məleykə Abbaszadə BDU-da nəyi dəyişəcək? - AÇIQLAMA
21 Noyabr 2026, 23:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
252
14.11.2024, 14:52
COP29 çərçivəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin ərtaf mühit və ekologiya nazirlərinin ilk görüşü “Nazirlər Bəyannaməsi”nin imzalanması ilə yekunlaşıb.
Ekologiya Nazirliyindən verilən məlumata görə, 2024-cü ilin iyulunda Şuşada TDT-nin Dövlət başçılarının Zirvə görüşündə imzalanmış “Qarabağ Bəyannaməsi”nin davamı olaraq TDT-yə üzv dövlətlər nazirlər səviyyəsində birgə ekoloji problemlərin həlli və dayanıqlı inkişafın təmin edilməsi istiqamətində əməkdaşlığı gücləndirmək niyyətlərini təsdiqləyiblər.
Görüşdə ətraf mühit sahəsində ortaq çağırışların həllinə nail olmaq üçün fikir mübadiləsi aparılıb, dayanaqlı inkişafı təşviq edən önəmli addımların vacibliyi, regional və beynəlxalq ekoloji problemlərin həllində birgə yanaşmanın əhəmiyyəti vurğulanıb.
Eyni zamanda, TDT-yə üzv dövlətlər birgə mövqe və ortaq fəaliyyət planı yaratmaq istiqamətində perspektivləri müəyyənləşdiriblər.
Tərəflər dayanıqlı və davamlı gələcək naminə aktiv əməkdaşlığın davam etdirilməsi niyyətlərini ifadə ediblər.
Ətraf mühit və dayanıqlı inkişaf sahəsində COP29-da səslənən planetar çağırışların və təşəbbüslərin həlli istiqamətində TDT tərəfindən birgə fəaliyyət haqqında "Nazirlər Bəyannaməsi”nin Bakıda imzalanması COP29-a ev sahibliyi edən Azərbaycanın beynəlxalq və regional səviyyədəki liderliyini daha da möhkəmləndirir.
COP29 çərçivəsində keçirilən görüşdə TDT-yə üzv dövlətlərin-Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin ekologiya və təbii sərvətlər nazirləri, həmçinin TDT-nin Baş Katibi iştirak edib.


01:34 / 22 Noyabr 2026
6
01:33 / 22 Noyabr 2026
39
23:53 / 21 Noyabr 2026
384
23:41 / 21 Noyabr 2026
154
23:11 / 21 Noyabr 2026
829
23:00 / 21 Noyabr 2026
121
22:47 / 21 Noyabr 2026
322
22:32 / 21 Noyabr 2026
173
22:20 / 21 Noyabr 2026
477
22:02 / 21 Noyabr 2026
371
21:49 / 21 Noyabr 2026
133
21:32 / 21 Noyabr 2026
562
21:27 / 21 Noyabr 2026
164
21:20 / 21 Noyabr 2026
145
21:17 / 21 Noyabr 2026
785
20:49 / 21 Noyabr 2026
1136
20:33 / 21 Noyabr 2026
184
20:09 / 21 Noyabr 2026
2004
19:14 / 21 Noyabr 2026
804
19:12 / 21 Noyabr 2026
224
18:41 / 21 Noyabr 2026
165
18:29 / 21 Noyabr 2026
162
18:19 / 21 Noyabr 2026
158
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.