İranda zəlzələ,Naxçıvan da silkələndi
22 Noyabr 2026, 09:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
323
08.11.2024, 15:05
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Bakının nəqliyyat sektorunda bir sıra dəyişikliklər tətbiq ediləcək.
Oxu24.com xəbər verir ki, COP29 günlərdə Azərbaycanın bölgələrindən rayon qeydiyyatlı avtomobillərin paytaxta gəlməsi üçün məhdudiyyət olmayacaq. Həmçinin, bölgələrdən gələn avtomobillər üçün şəhərin giriş postlarında yoxlamalar aparılmayacaq.
Bakıda bir sıra küçə və prospektlər üzrə nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək.
Bakı-Salyan yolunun 14-cü kilometrliyindən şəhərə daxil olan nəqliyyat vasitələri Lökbatan dairəsi yaxınlığında təşkil olunan nəzarət postundan Bakı kənar dairəvi yolu istiqamətinə yönəldiləcək və oradan Badamdar istiqamətinə gedə biləcəklər.
Yasamal və "Şamaxinka" adlanan əraziyə daxil olmaq istəyən sürücülər isə bu istiqamətlərdə təşkil olunacaq postlardan fasilələrlə buraxılacaqlar. Beləliklə tədbir vaxtı Bakıda nəqliyyatın əsas hissəsi Biləcəri, Avtovağzal və Sumqayıt istiqamətinə yönəldiləcək.
Şamaxı-İsmayıllı istiqamətindən gələn nəqliyyat vasitələrinin hərəkəti Müşfiqabad-Xocəsən yolunda təşkil olunacaq postlarda qismən məhdudlaşdırılacaq. Onlar "Şamaxinka" ərazisindən geriyə dönmə ilə Ziya Bünyadov prospekti istiqamətində fasilələrlə buraxılacaqlar.
Quba-Sumqayıt istiqamətindən hərəkət edən nəqliyyatın hərəkəti Sumqayıt şəhərinin girişində yerləşən yanacaqdoldurma məntəqəsinin yanında təşkil olunacaq postda müvəqqəti azaldılacaq, fasilələrlə buraxılacaq.
Sumqayıt-Novxanı istiqamətindən gələn nəqliyyat vasitələri isə Binəqədi-Baksol yolunda təşkil olunacaq postdan fasilələrlə buraxılacaq.
09:15 / 22 Noyabr 2026
225
08:56 / 22 Noyabr 2026
158
01:34 / 22 Noyabr 2026
181
01:33 / 22 Noyabr 2026
169
23:53 / 21 Noyabr 2026
862
23:41 / 21 Noyabr 2026
281
23:11 / 21 Noyabr 2026
1532
23:00 / 21 Noyabr 2026
180
22:47 / 21 Noyabr 2026
527
22:32 / 21 Noyabr 2026
232
22:20 / 21 Noyabr 2026
724
22:02 / 21 Noyabr 2026
626
21:49 / 21 Noyabr 2026
196
21:32 / 21 Noyabr 2026
705
21:27 / 21 Noyabr 2026
216
21:20 / 21 Noyabr 2026
193
21:17 / 21 Noyabr 2026
1016
20:49 / 21 Noyabr 2026
1367
20:33 / 21 Noyabr 2026
244
20:09 / 21 Noyabr 2026
2556
19:14 / 21 Noyabr 2026
892
19:12 / 21 Noyabr 2026
270
18:41 / 21 Noyabr 2026
210
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.