Qaynar xətt:

(+99450) 247 90 86

Tələbələrin köçürülməsi prosesi yekunlaşdı

Tələbələrin köçürülməsi prosesi yekunlaşdı

CƏMİYYƏT

223

23.09.2024, 16:42

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2024-2025-ci tədris ili üçün təhsilalanların köçürülüməsi elektron formada təhsil müəssisələri tərəfindən həyata keçirilib. Sənəd qəbulu portal.edu.az vasitəsilə 25 iyul-1 avqust tarixində aparılıb.

Oxu24.com xəbər verir ki, elektron müraciətlər təhsil müəssisələri tərəfindən emal olunub və qaydalar çərçivəsində yekun qərar qəbul olunub.

Ümumilikdə 2575 tələbə təhsil müəssisəsinin, ixtisasın və təhsilalma formasının dəyişdirilməsi üçün müraciət edib və 1054 müraciət müsbət nəticə ilə yekunlaşıb.