Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI
23 Noyabr 2026, 12:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
253
16.09.2024, 18:58
Avropa İttifaqının paytaxtında iğtişaşlar baş verib - beş mindən çox insan bağlanmaq üzrə olan Audi zavodunun işçiləri ilə həmrəylik əlaməti olaraq Brüssel küçələrinə çıxıb.
OXU24.COM xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Qəzəbli etirazçılar Avropa Parlamentinin binasına doğru yürüş etmək qərarına gəliblər. Onlar Çinin sənaye mallarının “dempinqinə” son qoyulmasını tələb ediblər. Həmkarlar ittifaqları ümummilli tətilə çağırıb. Agentlik qeyd edib ki, insident Avropanın əsas sənaye sahələrinin itirilməsi ilə bağlı artan qorxuların daha bir əlamətidir. Bunun səbəblərindən biri ucuz məhsullar təqdim edən xarici istehsalçıların güclü rəqabətidir.
Etirazçılar hökuməti “oyanmağa və nəsə etməyə” çağırıb. Onların fikrincə, Avropa İttifaqının hakimiyyət orqanları hələ də sənaye böhranının öhdəsindən gələ bilməyib.
Xatırladaq ki, Avropa avtomobil sənayesinin davamlı bərpa trayektoriyasına çata bilmədiyi əvvəlcədən bildirilmişdi. İnvestorlar bunun üçün qaranlıq bir gələcək proqnozlaşdırırlar. Bu sənaye seqmenti indiyədək, xüsusən də əsas Çin bazarında ləng tələbatın öhdəsindən gəlmək üçün mübarizə aparıb.
Qeyd edək ki, Avropanın bir sıra avtomobil zavodlarının bağlanması təhlükəsi artır. Avropanın beş ən böyük avtomobil istehsalçısının - BMW, Mercedes-Benz, Stellantis, Renault və VW-nin əsas minik avtomobilləri istehsal edən zavodlarının demək olar ki, üçdə biri 2023-cü ildə kifayət qədər istifadə edilməməsi ilə üzləşib.
12:03 / 23 Noyabr 2026
1
11:51 / 23 Noyabr 2026
39
11:48 / 23 Noyabr 2026
42
11:45 / 23 Noyabr 2026
89
11:26 / 23 Noyabr 2026
60
11:24 / 23 Noyabr 2026
65
11:21 / 23 Noyabr 2026
84
11:12 / 23 Noyabr 2026
94
11:00 / 23 Noyabr 2026
102
10:50 / 23 Noyabr 2026
138
10:48 / 23 Noyabr 2026
350
10:34 / 23 Noyabr 2026
117
10:33 / 23 Noyabr 2026
96
10:29 / 23 Noyabr 2026
97
10:26 / 23 Noyabr 2026
115
10:24 / 23 Noyabr 2026
112
10:18 / 23 Noyabr 2026
94
10:10 / 23 Noyabr 2026
469
10:03 / 23 Noyabr 2026
97
09:57 / 23 Noyabr 2026
99
09:53 / 23 Noyabr 2026
105
09:46 / 23 Noyabr 2026
99
09:39 / 23 Noyabr 2026
264
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.