Qaynar xətt:

(+99450) 247 90 86

Prezidentdən çox mühüm SƏRƏNCAMLAR

2019-03/1553714000_1553707784_ilham_aliyev_main_181114_03.jpg

CƏMİYYƏT

1202

27.03.2019, 23:13

\"\" Lənkəran rayonunun Hirkan–Mamusta–Siyavar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. On bir min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Hirkan–Mamusta–Siyavar avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,9 milyon (iki milyon doqquz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. *** Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan dövlət təhlükəsizliyi və xarıcı kəşfiyyat orqanlarının yaranmasının 100 illik yubileyi münasibətilə və milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa, dini ekstremizmə qarşı mübarizədə fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər: 3-cü dərəcəli \"Vətənə xidmətə görə” ordeni ilə Xələfov Rauf Rafiq oğlu – general-mayor Qulubəyov Mamay Maqsud oğlu – polkovnik Mansurov Həsən İsa oğlu – ədliyyə general-mayoru Musayev İlqar Əli oğlu – general-mayor Muxtarov Rövşən Nadir oğlu – polkovnik Nağıyev Sahib Novruz oğlu – general-mayor \"Vətən uğrunda” medalı ilə Aşurov Mönsüm Yaqub oğlu – polkovnik Bayramov Abbas Musa oğlu – polkovnik Eynullayev Tağı Bahadur oğlu – polkovnik Hüseynov Şahin Cəlal oğlu – polkovnik Kazımov Füzuli Şahsuvar oğlu – mayor Məmmədov İlqar İsmayıl oğlu – polkovnik Rzayev Araz Sabir oğlu – polkovnik Sultanov Samir Sultan oğlu – polkovnik \"İgidliyə görə” medalı ilə Abbasov Asif Nuru oğlu – polkovnik Cəfərzadə Samir Həşim oğlu – mayor Əlifov Anar İsmayıl oğlu – kapitan Əliyev İlham Nəriman oğlu – polkovnik Kazımov Şahin Yunsur oğlu – polkovnik-leytenant Qarayev Nicad Kamandar oğlu – polkovnik-leytenant Məmmədov Rövşən Cahangir oğlu – polkovnik Teymurov Elşad Elşən oğlu – kapitan \"Hərbi xidmətlərə görə” medalı ilə Abdullayev Polad Fərrux oğlu – polkovnik Babayev Arif Vaqif oğlu – polkovnik Bayramov Gəray Sabir oğlu – mayor Hacıyev Əsəd Qurban oğlu – ədliyyə mayoru Həsənov Samir Tələt oğlu – polkovnik Hüseynli Fərid Zamin oğlu – kapitan Qaytaranov Vüqar Məcid oğlu – polkovnik-leytenant Məmmədli Elnur Çingiz oğlu – polkovnik-leytenant Məmmədov Fuad Famil oğlu – mayor Məmmədov Tural Bərşad oğlu – kapitan Səfərov Ramazan Zakir oğlu – mayor Vəliyev Heydər Vəli oğlu – mayor.   ***   Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sedyar oğlu Sultanova general-leytenant ali hərbi rütbəsi verilsin.   ***   Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin: general-leytenant ali hərbi rütbəsi general-mayor İsmayıl Məmmədəli oğlu Bağırova general-mayor ali hərbi rütbəsi polkovnik Araz Süleyman oğlu Əhmədova polkovnik Zaur Aydın oğlu Əliyevə polkovnik Sultan Cavanşir oğlu Fərzəliyevə.