Qaynar xətt:

(+99450) 247 90 86

Hava ilə bağlı ŞAD XƏBƏR - Temperatur yüksələcək

2019-03/1552931867_1149395.jpg

CƏMİYYƏT

742

18.03.2019, 21:57

\"\" Martın 21-dən başlayaraq, ölkə ərazisində havanın temperaturu yüksələcək.
Oxu24.com-un məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva açıqlamasında bildirib ki, sabah axşamdan Bakıda və Abşeron yarımadasında küləyin sürəti səngiyəcək: \"Havanın temperaturu 9 dərəcəyə yaxın olacaq. Martın 20-də Azərbaycanın bəzi rayonlarında, o cümlədən Bakıda və Abşeron yarımadasında yağışlı havanın müşahidə ediləcəyi gözlənilir\". U.Tağıyeva əlavə edib ki, martın 21-də respublikanın əksər rayonlarında çox mülayim yaz havası müşahidə ediləcək və hava yağmursuz keçəcək: \"Havanın temperaturu əvvəlki günə nisbətən artacaq. Günorta saatlarında Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 12-14 dərəcə olacaq\".