Azərbaycan - Türkiyə münasibətlərindəki gərginliyin SƏBƏBLƏRİ AÇIQLANDI
21 Oktyabr 2026, 17:32
Qaynar xətt:
(+99450) 247 90 86
AKTUAL
66
21.10.2026, 17:59
Xaricdə yaşayan vərəsə mirası rəsmiləşdirmirsə, payın taleyi necə həll olunur?
Miras qaldıqda vərəsələrdən birinin xaricdə yaşaması prosesi xeyli çətinləşdirə bilər. Bəzən həmin şəxs qanunla müəyyən edilmiş müddətlər ərzində Azərbaycana gələ bilmir, bəzən isə üzərinə düşən payla bağlı heç bir addım atmır. Bu isə digər vərəsələrin əmlakdan istifadəsinə və onun üzərində mülkiyyət hüquqlarını həyata keçirməsinə maneə yarada bilər.
Oxu24.com xəbər verir ki, qanunvericilik belə hallar üçün bir sıra mexanizmlər nəzərdə tutur.
Xaricdə yaşayan vərəsə üzərinə düşən payı satmaq və ya icarəyə vermək istəyirsə, bunun üçün mütləq ölkəyə gəlməli deyil. O, konsulluq vasitəsilə və ya notariat qaydasında təsdiqlənmiş etibarnamə ilə istədiyi şəxsi nümayəndə təyin edə bilər. Bu halda payla bağlı əməliyyatları etibarnamədə göstərilən şəxs vərəsənin adından həyata keçirir.
Digər imkan mobil notariat tətbiqidir. Vərəsə xarici ölkədə yaşayırsa və müddətlər ərzində Azərbaycana gələ bilmirsə, bu tətbiqdən istifadə edərək istədiyi şəxsə nümayəndə təyin edə və etibarnaməni distant qaydada təsdiqlədə bilər. Bu üsul həm vaxta, həm də əlavə xərclərə qənaət etməyə imkan verir. Bəs xaricdə olan vərəsə üzərinə düşən payı rəsmiləşdirməkdən yayınarsa, nə baş verir? Belə olduqda onun payı açıq qalır. Yəni Dövlət Reyestr Xidməti həmin payı mirasbıraxanın, başqa sözlə, vəfat etmiş şəxsin adında saxlayır. Bu vəziyyət əmlak üzərində satış, bağışlama və digər əməliyyatların aparılmasını çətinləşdirir və digər vərəsələrin də maraqlarına təsir göstərir.
Belə hallarda digər vərəsənin hüquqları da qorunur. O, məhkəməyə müraciət edərək müəyyən sübutlarla iddia qaldıra bilər. Məhkəmə isə iki qərardan birini verə bilər. Birinci halda xaricdə olan şəxsin payı digər vərəsəyə verilir. İkinci halda isə pay həmin şəxsin adında qalır və o, istədiyi zaman öz payını sata və ya ondan istifadə edə bilir.
Hüquq mütəxəssisləri vərəsəlik məsələlərində vaxtında addım atmağın vacibliyini vurğulayır. Xüsusilə xaricdə yaşayan vərəsələrə etibarnamə və mobil notariat imkanlarından istifadə etməyi tövsiyə edirlər ki, payın açıq qalması və gələcəkdə məhkəmə mübahisələri yaranması riskinin qarşısı alınsın.
Jalə
18:35 / 21 Oktyabr 2026
4
18:27 / 21 Oktyabr 2026
25
18:22 / 21 Oktyabr 2026
38
18:19 / 21 Oktyabr 2026
37
18:10 / 21 Oktyabr 2026
39
18:06 / 21 Oktyabr 2026
43
17:59 / 21 Oktyabr 2026
60
17:56 / 21 Oktyabr 2026
62
17:42 / 21 Oktyabr 2026
67
17:39 / 21 Oktyabr 2026
67
17:32 / 21 Oktyabr 2026
394
17:31 / 21 Oktyabr 2026
61
17:23 / 21 Oktyabr 2026
73
17:19 / 21 Oktyabr 2026
65
17:14 / 21 Oktyabr 2026
109
17:09 / 21 Oktyabr 2026
184
17:05 / 21 Oktyabr 2026
944
16:51 / 21 Oktyabr 2026
160
16:41 / 21 Oktyabr 2026
439
16:38 / 21 Oktyabr 2026
73
16:35 / 21 Oktyabr 2026
81
16:33 / 21 Oktyabr 2026
84
16:31 / 21 Oktyabr 2026
75
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.