Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8210
az

Qaraciyərdə problem olduğunu göstərən 6 ƏLAMƏT

22:0323 Dekabr, 2018
1121
TİBB
  • A
Qaraciyər bədən üçün əhəmiyyətli vəzifələri olan bir orqandır və fəaliyyəti olduqca müxtəlifdir. Bəs qaraciyərinizin vəzifələrini lazımi qaydada yerinə yetirmədiyini necə anlaya bilərsiniz?

Qaraciyər, yediyimiz qidalardan faydalı maddələri almağımızı təmin edir. Eyni zamanda zəhər və alkoqol kimi qandakı zərərli maddələri təmizləyir. Əgər qaraciyər toksinləri tullantılara çevirməsə, fəaliyyətini yerinə yetirmədiyinə dair bədənə müxtəlif xəbərdarlıq siqnalları göndərəcək. Qaraciyərinizin sağlamlığından əmin olmaq üçün aşağıda oxuyacağınız 6 əlamətə diqqət edin. Bu əlamətlərdən biri sizdə varsa, həkim müayinəsi mütləqdir.

Fikir dolaşıqlığı

Qaraciyər həddindən çox yükləndiyində qan uyğun şəkildə filtrlənməz. Bu halda toksinlər beyinə çata bilər. Şüur bulanıqlığı, qərar vermədə çətinlik kimi əlamətlər ard-arda ortaya çıxar.

Hipoqlisemiya (Qan şəkərinin azlığı)

Qaraciyər qandakı qlükoza səviyyəsini davamlı şəkildə idarə edər. Əgər qaraciyər yığılmış qlükozanı qan dövranına ötürməzsə, qandakı qlükoza səviyyəsi aşağı düşər. Nəticədə də qan şəkəri enər və özünüzü yorğun hiss etməyə başlayarsınız.

Hormonal pozuntu

Qaraciyər estrogen və testosteron kimi cinsi hormonları da tənzimləyir. Qaraciyərin fəaliyyətini itirməyə başlaması ilə libido düşüklüyü, hormonal tarazsızlıq və menstruasiya öncəsi gərginliyin artması kimi problemlər ortaya çıxar.

Ani duyğu dəyişikliyi

Qan uyğun şəkildə filtrlənmədiyində toksinlərin beyinə çatma riski artır. Beyin sağlığına mənfi təsir edən bu vəziyyətdən sonra hafizə problemləri, duyğusal dalğalanmalar da artar. Qayğı və depressiya qaraciyərin bu vəziyyətindən qaynaqlı ola bilər.

İmmunitet sistemində pozuntu

Tez-tez soyuqdəymə və digər infeksiyalara tutulmaq, C vitamini qəbul edərək yox ediləcək bir vəziyyət olmaya bilər. Qaraciyər sağlamlığı güclü bir immunitet sistemi üçün lazımdır. Yəni qaraciyəriniz nə qədər sağlamdırsa, viruslar və bakteriyalarla o qədər yaxşı mübarizə aparacaq.

Yuxu apnesi

Yuxu apnesi, yuxu əsnasında 10 saniyədən çox çəkən nəfəs dayanmasına səbəb olan  bir xəstəlikdir. Yuxu apnesi yaşayanlar adətən yüksək səslə xoruldayırlar. Günümüzdə aparılan araşdırmalar qaraciyər yağlanması və yuxu apnesi arasında bir bağlantı olduğunu doğruldur.  

Qaraciyər sağlamlığı üçün məsləhətlər:

Qaraciyərin yaxşı çalışması üçün əvvəlcə qidalanma vərdişlərinə diqqət etməlisiniz.

- Daha az fruktoza qəbul etməli

- Qazlı içkilərdən uzaq durmalı

- Daha çox yaşıl yarpaqlı tərəvəz yeməli

- Spirtli içkini tərgitməli, ya da minimuma endirməli

- Yumurta, soğan, sarımsaq kimi sülfür tərkibli qidalar qəbul olunmalıdır. Çünki onlar qaraciyəri təmizləməyə kömək edir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycana tam elektrikli təcili yardım avtomobilləri gətiriləcək
Vüqar Qurbanov bu şöbəyə müdir təyin etdi
Səhiyyə Nazirliyi ÇAĞIRIŞ etdi - 40 yaş üzəri insanlar...

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ